MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

YARAT Təhsil: Uşaqlar üçün arxeologiya üzrə seminar

Arxeologiya elə bir elmdir ki, tarixdən öncəki dövr, eyni zamanda məzar qalıqlarının aşkarlanması və araşdırılması vasitəsi ilə öyrənilən insanlar və sivilizasyalar haqqında məlumatlanmağa imkan verir. Qazıntı işi keçmişdəki insanlar haqqında tutarlı məlumatların toplanması üçün lazım olan ən vacib mərhələdir.

Bu atelye vasitəsilə biz təklif edirik ki, uşaqlar tarixdən öncəki məzarda qazıntı apararaq arxeologiya ilə tanış olsunlar. Uşaqlar mala və fırçadan istifadə edərək əyani olaraq bir məzarda qazıntı işinin aparılması metodları, onun qeydə alınması və analizi haqqda məlumat alacaqlar. Nəzarətçilər uşaqlara nə etməli olduqlarını izah edəcək və həmçinin məzarı təhlili edərək onu anlamağa kömək edəcəklər. 

Bundan əlavə Playmobil®-lə hazırlanmış arxeolojı qazıntı işi aparılan yerin maketi imkan verəcək ki, bizim sahəmiz uşaqlar üçün daha aydın olsun və onlar daha yaxşı anlasınlar. 

Öncədən qeydiyyat önəmlidir!
Qeydiyyat üçün: 050 246 92 92

Tarix: 8 iyul, 15:00
Məkan: Yarat Müasir İncəsənət Mərkəzi

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow