MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Gender əsaslı zorakılığa qarşı fəallıq – 16 gün (25 noyabr - 10 dekabr 2022-ci il)

Noyabrın 25-i tarixində, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə, Avropa və Xarici İşlər Nazirliyi feminist diplomatiyanın rolu mövzusunda konfrans keçirəcək. Bu tədbir 10 dekabr İnsan Hüquqları Gününə qədər davam edən gender əsaslı zorakılığa qarşı on altı günlük fəallıq həftəsinin açılışını edəcəkdir. Bu münasibətlə Fransanın Azərbaycandakı Səfirliyi 2022-ci ildə Fransanın xarici siyasətinin prioriteti olan gender bərabərliyi lehinə həyata keçirilən tədbirlərinə nəzər salır.

 

Fransa Səfirliyi və Azərbaycan fransız İnstitutu hər il bu mövzuya həsr olunmuş çoxsaylı tədbirlər təşkil edir.

 

Belə ki, martın 9-da Fransa Səfirliyi, Azərbaycan-fransız Universiteti (UFAZ) və Azərbaycan Qadınları Elmdə (Azerbaijani Women in Science - AWİS) assosiasiyası ilə əməkdaşlıq çərçivəsində “Elmdə qadınlar” (Women in Science) adlı konfrans təşkil edib.

 

Avqust ayında, Bakıda keçirilmiş Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı münasibətilə səfirlik tərəfindən fransız kinorejissoru Sebastien Lifşitsin “Balaca qız” (Petite fille) sənədli filmi nümayiş etdirilib.

 

Səfirlik hər il “Gender Bərabərliyi” mükafatı təqdim edir. Aprelin 11-də Azərbaycan qadınları tərəfindən Azərbaycanda qadın və kişi bərabərliyi lehinə 5 layihə münsiflər heyətinə təqdim olunub. Mükafat “AzərCorab” layihəsinə görə xanım Kifayət Talibzeyə təqdim edilib. Xanım Talibadzə həmçinin Parisdə Siyasi Elmlər fakültəsində Yay Məktəbində iştirak edib. Səfirliyin dəstəyi ilə son üç ildə “Kişi/qadın bərabərliyi” mükafatının qaliblərinə həsr olunmuş film hazırlanır və bu film 2023-cü ilin birinci yarısında yayımlanacaq.

 

Məqsədi Azərbaycanda məişət zorakılığı haqqında məlumatlandırma olan, Kişi/Qadın Bərabərliyi müsabiqəsinin keçmiş qalibi və “Gender Hub Azerbaijan” platformasının təsisçisi Xanım Məryəm Məcidova gender bərabərliyi mövzusunda tərəfdaşlarla görüşmək üçün Fransaya səfər edib.

 

Eyni zamanda, səfirlik qadın və kişi bərabərliyi naminə fəaliyyət göstərən qurumların və ya vətəndaş cəmiyyətinin üzvləri ilə sıx və müntəzəm əlaqə saxlayır. O cümlədən, Fransa səfiri bir neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova ilə görüşərək əməkdaşlıq layihələrini müzakirə edib. Oktyabrın 31-də azərbaycanlı yazıçı Zümrüd Yağmurla görüş zamanı səfirlik onun Azərbaycanda Qadınlarla bağlı təşəbbüs qrupunun fəaliyyətinə xüsusi önəm verib.

orange

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow