EVÉNEMENTS CULTURELS

Fransa-Azərbaycan Universiteti (UFAZ)/Université franco-azerbaïdjanaise (UFAZ)

Unikal təhsil təşəbbüsü

UFAZ Azərbaycan və Fransa Prezidentlərinin 2014-cü ildə irəli sürdükləri çox ambisiyalı bir layihədir. Universitetimiz Azərbaycan tərəfindən ölkəmizin ən qədim tarixə malik universitetlərindən biri – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə nüfuzlu Strasburq Universiteti (Unistra) tərəfindən idarə olunur.

 

İkili diplom

UFAZ tələbələri təhsillərini başa vurduqda iki milli diplom əldə edəcəklər. Bunlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomu, digəri isə Strasburq Universitetinin və ya Renn 1 Universitetinin diplomu olacaqdıq (seçilmiş ixtisasdan asılı olaraq).

 

Strasburqda yay məktəbi

Tədris ili müddətində ən yaxşı akademik nailiyyət göstərən 40 tələbə iki həftəlik yay məktəbində iştirak etmək imkanı qazanır. Bununla tələbələr Fransız dili bilik və bacarıqlarını inkişaf etdirəcək, Fransız tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaq, eyni zamanda Strasburqda yerləşən beynəlxalq təşkilatlara və akademik institutlara səfər edəcəklər.

 

Elmi ekperimental təhsil və tədqiqatlar mərkəzi

UFAZ Azərbaycanda ən eksklüziv texniki imkanlara malik olan labaratoriyalardan faydalanmaq imkanı təklif edir. Bizim hazırda iki tam təminatlı Kimya və Fizika labaratoriyalarımız, eyni zamanda Fransada yerləşən partnyor universitetlərimizin standartlarına cavab verən kompüter elmləri üçün praktiki sinif otağımız mövcuddur. Həmçinin, biz Azərbaycanda ilk və unikal olacaq altı mərtəbəli labaratoriyamızı istifadəyə verməyə hazırlaşırıq ki, bu da müəllim və tələbələrimizə daha dərin ve geniş araşdırmalar aparmaq imkanı verəcəkdir. Yeni laboratoriyaların açılışı tələbələrlə yanaşı ADNSU-da çalışan müəllim heyətinin birgə səyi ilə UFAZ-ın gələcəkdə həm də tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.

 

Akademik mükəmməllik

UFAZ həm professional müəllim heyəti, həm də yüksək ixtisaslı qonaq professorlar dəvət edərək yalnız Azərbaycanda deyil, eyni zamanda regiondakı ən yüksək akademik mükəmməlliyə nail olmaq niyyətindədir. Azərbaycan və Fransadan olan yüksək ixtisaslı və böyük təcrübəyə malik müəllim heyətimiz öz dərslərini ingilis dilində keçirlər. Fransız dili dərsləri də kurrikulumun bir hissəsidir və təhsil proqramı müddətində ikinci dil kimi tədris edilir. Bu tələbələrimizin master proqramları üzrə təhsillərini Fransada davam etdirmək şanslarını artırır.

Bizim potensial tələbə namizədlərimiz Azərbaycanda orta məktəbi əla akademik nəticələrlə bitirmiş şəxslər və xaricdə orta məktəb təhsilini bitirmiş tələbələrdir. Yerli tələbələr universitetimizdə təhsil almaq üçün Dövlət İmtahan Mərkəzinin testlərindən uğurla keçməlidirlər. Həm yerli, həm də xarici tələbələr İngilis dili üzrə əsas biliklərinin olduğunu nümayiş etdirməli və Strasburq Universiteti tərəfindən Bakıda təşkil olunan imtahanlardan keçməlidirlər. Xarici tələbələr ödənişli əsaslarla təhsil almaq üçün müraciət edə bilərlər.

 

Kreativlik

Biz tələbələrimizin labaratoriyalarda və tələbə klublarında öz ideyaları üzərində işləyə biləcəkləri, təxəyyüllərini həyata keçirə biləcəkləri bir mühit yaratmaq istəyirik. Bizim universitetimizdə onlar ən yaxşı ideyalarını (startaplar, elmi layihələr və s.) gerçəkliyə çevirmək yolunda ilk addımlarını atacaqlar. Biz tələbələrimizi foto və rəsm yarışları, xeyriyyə fəaliyyətləri, film və teatr yaradıcılığı, fransız xor dərsləri və s. kimi layihələri hazırlayıb həyata keçirməyə səsləyirik.

 

Mərkəzi məkan

UFAZ 2017-cı ildə yenidən təmir edilərək qapılarını açmış tarixi və gözəl bir binaya köçmüşdür. Yaşlı nəslin bir çox nümayəndəsi Nizami küçəsinin incisi kimi tanınan və çox vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü binası olaraq göstərilən bu məkanı tanıyır. Bakının ən mərkəzi küçəsində, eyni zamanda təəccüblü olsa da ən sakit guşələrindən birində yerləşən binamızın ətrafında hər bir tələbənin zövqünə oxşayacaq kafe və dükanlar mövcuddur. Tədris binamız həmçinin 28 May metro stansiyasından cəmi beş-yeddi dəqiqə piyada məsafədə yerləşir. Eyni zamanda, bu vaxt ərzində gənclərin sevimli məkanlarından olan “28 Mall” ticarət mərkəzinə da çatmaq mümkündür (daha çox rahat məkanlar və dərs sonrası fəaliyyətlər üçün).

 

Bizimlə əlaqə

Ünvan: Nizami str. 183 Baku, Azerbaïdjan

Ufaz-A Dəstək - donation@ufaz.az

Tədbirlər - events@ufaz.az

Karyera - careers@ufaz.az

Qəbul - admissions@ufaz.az

Məlumat - info@ufaz.az

Telefon - (+994) 12 599 00 74

 

https://www.facebook.com/ufaz.university/
https://www.ufaz.az/

https://www.instagram.com/french_azerbaijani_university/

***

A unique educational initiative


UFAZ is an ambitious project initiated by the Presidents of the French Republic and the Republic of Azerbaijan in 2014. It is administered by the historic university of Azerbaijan - the Azerbaijan State Oil and Industry University (ASOIU) from the Azerbaijani side and the prestigious University of Strasbourg (Unistra) from the French side.

Since 2016, UFAZ offers 4 Bachelor degrees (Chemical Engineering, Computer Sciences, Geosciences, Oil and Gas Engineering) and 3 Master degrees were launched in September 2020 (Physical Chemistry and Chemical Engineering, Data Science and Artificial Intelligence, Geosciences).

On January 2021, UFAZ accounts for 625 students in total, out of those 559 are enrolled in Bachelor and 66 in Master study programmes.

Two Undergraduate Diplomas


UFAZ students will receive two national diplomas (French and Azerbaijani) upon graduation – one by the Azerbaijan State Oil and Industry University and another by University of Rennes 1 (for Bachelor in Oil and Gas Engineering) or University of Strasbourg (for all other degrees).

Centre for scientific experimental teaching and research


UFAZ offers vast laboratory facilities that are exclusive in Azerbaijan for their technical equipment and research possibilities. A six-floor building, of the total surface of 2500m², was opened in 2018 to give students and faculty even more opportunities for research activities. It is equipped in full compliance with the University of Strasbourg standards : French experts from the University of Strasbourg actively participated in the renovation as well as the set-up of the laboratory equipment, imported mainly from France and Germany.

By today UFAZ has 3 chemistry laboratories, 1 chemical engineering laboratory, 4 laboratories in physics and applied physics, as well as 2 computer science labs and a wide range of field-geophysics equipment (shallow seismic, gravimetry, electro-magnetic sounding, ground-penetrating radar etc.). One of the computer science labs is equipped with a super-computer, which is a PARSEC (Parallel System for Evolutionary Computing) computer composed of 26 machines, operating in a collaborative manner by exchange of knowledge and designed for artificial intelligence and mathematical modeling of data.

Academic excellence


UFAZ delivers academic excellence thanks to our highly qualified full-time and visiting Professors. These dedicated and experienced instructors from Azerbaijan and France (Strasbourg University, Rennes 1 University and other higher education institutions) deliver their lectures in English. French is taught as a second language throughout all Bachelor programs ; this enhances students’ chances to continue their studies in a French speaking country at Masters level.

Our Bachelor candidates are Azerbaijani students who graduated from high school with a strong scientific background and foreign high-school graduates ; our Master’s candidates have completed a Bachelor degree in a related scientific discipline either at UFAZ or at another Azerbaijani university. Azerbaijani students have to successfully complete the exam of the State Examination Center (SEC) before passing the Bachelor or Master’s competitive entrance exam, organized in Baku under supervision from the University of Strasbourg, which also evaluates candidates’ skill in English. Foreign students are welcome to apply on a paying basis.

Summer School in Strasbourg


Every summer 40 students that have shown best academic results throughout the year travel to France for two-week long Summer School in Strasbourg. Students practice French and get acquainted with French culture and history as well as visit international organizations and scientific institutes of Strasbourg.

Opportunities for self-expression


Our mission is to create such conditions in the University where students can exercise their imagination, test their scientific ideas in our laboratories, incubate start-up ideas, and participate in extracurricular activities within student clubs. As part of self-expression, students are encouraged to create and complete projects such as photo and drawing contests, charity activities, filmmaking, theater, French choir lessons, etc.

Central location and accessibility


The main teaching activities at UFAZ are now located in a beautifully restored and refurnished historical building that opened its doors in the center of Baku in September 2017. This architectural pearl of Nizami street was once known as the third campus of ASOIU. It is located in the central street of Baku, which is unusually quiet and has many neighboring cozy coffee places/shops for every student’s taste ! It is also just five-seven minutes away from the city’s central “28 May” underground station and Baku youngsters’ favorite “28” Shopping mall (for more cozy spots and after-school activities). Most of the laboratories are located in a second building, specifically tailored to host scientific equipment and conveniently located five minutes away from the first building, between the city center and the “28” Shopping mall.

Contact us :


Address : NIZAMI STR. 183 BAKU, AZERBAIJAN
Events - events@ufaz.az
Careers - careers@ufaz.az
Admissions - admissions@ufaz.az
Info - info@ufaz.az
Donations - donation@ufaz.az
Tel : (+994) 12 599 00 74
https://www.ufaz.az/
Page Facebook
Compte Instagram

 

Notre emplacement

Adresse:

Rue Fuzuli 67,

AZ1014 Bakou, Azerbaïdjan

Tél .: (+99412) 596 35 80

arrow