EVÉNEMENTS CULTURELS

Fransanın Azərbaycandakı Səfirliyinin “Sağlam düşüncə gənclər təşkilatı” QHT-si ilə ətraf mühit sahəsində əməkdaşlığı / Partenariat de l’Ambassade de France en Azerbaïdjan avec l’ONG « Common

Fransanın ölkəmizdəki səfiri cənab Zakari Qros mədəniyyət və əməkdaşlıq işləri üzrə müşavir cənab Jerom Kelin müşaiyəti ilə bazar ertəsi 7 sentyabr tarixində Sumqayıtda yerləşən “Sağlam düşüncə gənclər təşkilatı” QHT-nın nümayəndələri ilə görüşmüşdür. O, təşkilatın direktoru cənab Orxan Bayramov və beynəlxalq əlaqələr üzrə məsul şəxsi cənab Ramiz Əliyev tərəfindən qəbul edilmişdir. Ətraf mühitin qorunması lehinə diplomatik fəaliyyətinin bir hissəsi olaraq, Fransa səfirliyi bu QHT-nin, sözügedən mövzuya aid, xüsusilə qlobal istiləşmə və biomüxtəlifliyin qorunmasına qarşı mübarizəyə həsr olunmuş fəaliyyətlərini dəstəkləyəcəkdir.

Fransa səfirliyinin qrant dəstəyi ilə (3000 avro) Sumqayıtlı gənclər üçün üç növ fəaliyyət həyata keçiriləcəkdir: gənc məktəblilər tərəfindən komiks hazırlama dərnəkləri, gənclər üçün təbii mühitdə yay eko-düşərgələrin və yeniyetmələr tərəfindən həvəskar teatr tamaşasının təşkili. Bu fəaliyyətlər 2020-2021-ci il ərzində Fransa səfirliyi nümayəndələrinin iştirakı ilə həyata keçiriləcəkdir.

***

L’Ambassadeur de France en Azerbaïdjan, M. Zacharie Gross, accompagné du Conseiller de coopération et d’action culturelle, M. Jérôme Kelle, a rendu visite le lundi 7 septembre aux responsables de l’ONG « Common Sense Youth Organisation » de Sumgayit. Il a été reçu par Monsieur Orkhan Bayramov, directeur, et Monsieur Ramiz Aliyev, responsable des relations internationales. Dans le cadre de son activité diplomatique en faveur de la protection de l’environnement, l’ambassade de France soutiendra les activités de cette ONG dédiées à cette thématique et notamment à la lutte contre le réchauffement climatique et à la préservation de la biodiversité.

Trois types d’activités seront mises en œuvre à destination de jeunes de Sumgayit avec le soutien d’une subvention de l’ambassade de France (3000€): des ateliers de réalisation de BD par des écoliers, des éco-camps d’été en pleine nature pour des adolescents et l’organisation d’un spectacle de théâtre amateur par de jeunes adultes. Ces activités seront réalisées tout au long de l’année 2020-2021 avec la participation des représentants de l’Ambassade de France. 

Notre emplacement

Adresse:

Rue Fuzuli 67,

AZ1014 Bakou, Azerbaïdjan

Tél .: (+99412) 596 35 80

arrow