EVÉNEMENTS CULTURELS

Déplacement de l’Ambassadeur à Soumgait le 20 février / Fransa Səfirinin Sumqayıta səfəri - 20 fevral

L’ambassadeur de France, Zacharie GROSS, a effectué un déplacement  à Soumgait le jeudi 20 février centré principalement sur les questions éducatives et de formation. Il était accompagné  de plusieurs collègues : Jérôme Kelle, Conseiller de coopération et d’action culturelle, Maurice Rufin, Directeur délégué de l’Institut français d’Azerbaïdjan, Clémence Phélippeau, Attachée universitaire, et Minaya Gaziyeva, Chargée de communication. 

Le programme était le suivant : visite de l’Ecole n°1, de l’Université d’Etat de Soumgait, du futur Centre de formation technique du Parc industriel, et de l’ONG « Initiative pour les femmes et les problèmes sociaux ». 

1)    Ecole n°1 : la directrice, Mme Kamala Huseynova,  et une professeure de langues étrangères (anglais et français) ont chaleureusement accueilli la délégation en l’honneur de laquelle un spectacle joué par les élèves a été présenté (extraits de l’œuvre de « M. Jourdan et le derviche Mest Ali Chah »,  chanson de mugham, danses traditionnelles, etc.). Suite à son entretien avec l’ambassadeur, la directrice s’est engagée à rétablir l’enseignement du français au sein de son établissement. 


2)    Université d’Etat de Soumgait: les échanges avec le Recteur de l’Université, M. Elkhan Huseynov, ont permis de poser plusieurs perspectives de coopération : l’accompagnement du projet de double-licence avec le CNAM (centre national des arts et métiers) dans le domaine de la performance énergétique et environnementale des bâtiments, l’opportunité d’échanges entre l’UFAZ (Université franco-azerbaïdjanaise) et celle de Soumgait compte tenu de leur spécialisation commune autour des sciences physiques et technologiques, la possibilité que l’enseignement du français comme langue étrangère soit introduit dans certaines facultés, et la promotion in situ à venir par l’Espace Campus France d’Azerbaïdjan des études en France et notamment des masters techniques en anglais.


3)    Centre de formation technique : lors de la visite, l’ambassadeur a longuement échangé avec le Vice-Ministre de l’économie, M. Niyazi Safarov, sur les enjeux commerciaux et économiques bilatéraux. Une offre d’expertise du Département de l’enseignement et de la formation techniques et professionnels de FEI (France Education International), en soutien à l’élaboration des futurs programmes éducatifs de ce centre,  a été soumise à la partie azerbaïdjanaise.


4)    ONG « Initiative pour les femmes et les problèmes sociaux » : la directrice de cette ONG, Mme Zemfira Mustafayeva, a présenté les activités de soutien de son association en faveur des femmes et personnes en difficultés, notamment celles victimes de violence domestique et/ou de trafic des êtres humains. L’action de l’ambassade dans le domaine de l’égalité entre les femmes et les hommes lui a été exposée (conférences, films, concours, etc.) et il lui a été proposé  de s’associer aux prochaines activités. 

A l’issue de cette journée, le Recteur de l’Université a invité l’ambassadeur et sa délégation à un dîner tandis que le Vice-gouverneur de la ville a accompagné la délégation tout au long du programme. 

***

Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros, cümə axşamı 20 fevral tarixində Sumqayıta səfər etdi. Səfər zamanı müzakirə olunan məsələlər əsasən əsasən təhsil və təlim məsələlərinə yönəldilmişdi. Cənab Səfir bir neçə həmkarı tərəfindən müşaiyət olunurdu :  Mədəniyyət və Əməkdaşlıq Müşaviri Jerom Kel, Fransız İnstitutunun direktor müavini Moris Rufen, Universitetlərarası əməkdaşlıq attaşesi Klemens Felipo və kommunikasiya üzrə məsul şəxs Minaya Qazıyeva. 

Nümayəndə heyəti səfər çərçivəsində aşağıdakı müəssisələrə baş çəkdilər: 1 nömrəli məktəb, Sumqayıt Dövlət Universiteti, Sənaye Parkının gələcək Texniki Təhsil Mərkəzi və « Qadınlar və sosial problemlər üçün ictimai təşəbbüs » QHT

1)    1 nömrəli məktəb: Məktəbin direktoru Kəmalə Hüseynova və xarici dillər (ingilis və fransız) müəllimi nümayəndə heyətini səmimiyyətlə qarşıladı və onlara, tələbələrin ifasında tamaşa təqdim olundu (“Mösyö Jordan və Dərviş Məstəli Şah” əsərindən bəzi hissələr, muğam ifası, ənənəvi rəqslər və s.). Səfirlə müsahibəsindən sonra direktor rəhbərlik etdiyi qurumda fransız dilinin tədrisini bərpa etmək öhdəliyini götürdü.


2)    Sumqayıt Dövlət Universiteti: Universitetin rektoru Elxan Hüseynov ilə olan mübadilələr, əməkdaşlıq üçün bir sıra perspektivlər ortaya qoydu: binaların energetika və ətraf mühitinin inkişafı sahəsində CNAM (sənət və sənətkarlıq üzrə milli mərkəz) ilə ikili lisenziyalı layihəsinə dəstək, fiziki və texnoloji elmlər ətrafında ümumi ixtisaslaşmalarını nəzərə alaraq UFAZ (Fransız-Azərbaycan Universiteti) və Sumqayıt Dövlət Universiteti arasında mübadilə imkanı, fransız dilinin xarici dil kimi tədrisinin müəyyən fakültələrdə tətbiqi ehtimalı və Campus France tərəfindən Fransada təhsil və o cümlədən ingilis dilində texniki magistr təhsili barədə təqdimat.  


3)    Texniki təlim mərkəzi: Səfər zamanı, cənab səfir İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərovla ikitərəfli ticari və iqtisadi məsələlər barədə geniş söhbət etdi. Bu mərkəz üçün gələcək təhsil proqramlarının inkişafına dəstək olaraq FEI (France Education International) Texniki və Peşə Təhsili və Təlimi Departamentinin ekspertiza təklifi Azərbaycan tərəfinə təqdim edildi.


4)    « Qadınlar və sosial problemlər üçün ictimai təşəbbüs » QHT: Bu QHT-nın direktoru xanım Zemfira Mustafayeva, təşkilatın qadınlara və çətin vəziyyətdə olan insanlara, xüsusilə məişət zorakılığının və/ və ya insan alverinin qurbanlarına dəstək fəaliyyətləri barədə məlumat verdi. Səfirliyin qadınlar və kişilər arasında bərabərlik sahəsində təşkil etdiyi fəaliyyətlər (konfranslar, filmlər, müsabiqələr və s.) bu təşkilata təqdim edildi və bundan sonrakı tədbirlərdə bu qurumun da iştirakı təklif edildi.

Günün sonunda, universitetin rektoru səfir və heyətini nahar yeməyinə dəvət etdi, şəhərin İcra hakiminin köməkçisi isə səfər boyu nümayəndə heyətini müşayiət etdi.
 

Notre emplacement

Adresse:

Rue Fuzuli 67,

AZ1014 Bakou, Azerbaïdjan

Tél .: (+99412) 596 35 80

arrow