MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun dəstəyilə Bakıda ANIMAFILM beynəlxalq Festivalının 5-ci buraxılışı təşkil edildi.

11 sentyabr tarixində ANIMAFILM animasiya film festivalının 5-ci buraxılışının bağlanış və müxtəlif kateqoriyalar üzrə mükafatlandırma mərasimləri baş tutdu. Beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti müxtəlif kateqoriyalara bölünmüş, təqdim edilmiş 121 filmdən müsabiqədə iştirak edən 76 filmi dəyərləndirdi. Builki buraxılışın əsas mövzusu iqlim dəyişikliyi idi və bilet satışından əldə olunan bütün gəlir «Qarabağ dirçəliş fondu »-nun ağacəkmə layihəsinə köçürüldü. 

 

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu ardıcıl 5 ildir ki, Fesitvala tərəfdaş qismində çıxış edirlər. Belə ki, bu buraxılışın da « Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi » kateqoriyasının qalibinə 1960-cı ildən animasiya filmləri üzrə dünyanın ən mötəbər festivalı hesab edilən Ansi Beynəlxalq Animasiya Filmləri Festivalına üzümüzə gələn yay hər şey daxil səfər hədiyyə edəcək. Ansi Festivalı münasibətilə hər yay mövsümündə, səmimi ortamda Ansi gölünün ətrafına minlərlə ekspert və animasiya filmləri həvəskarları toplaşır. 

 

Festivalın bazar günü keçirilən axşamında Ülviyyə Məmmədovanın « Ağ Qorxu » animasiya filmi qalib elan edildi. Bu səbəbdən onu bir daha səmimi ürəkdən təbrik edirik. Filmdə hər bir yeni fəaliyyətə başlayan və ilham axtarışında olan rejissorun ağ vərəq qorxusu ön plana çıxarılmışdı. Bununla da xanım Məmmədova Ansi Beynəlxalq Animasiya Filmləri Festivalının 2023 buraxılışında iştirak etmək hüququ qazanmışdır. Qeyd etmək lazımdır ki, Festivalın növbəti buraxılışı Meksikaya həsr ediləcək.  

 

Bununla yanaşı builki mövzuya əsaslanaraq Fransız İnstitutu Festivala “Ana təbiət” mövzusunda müsabiqədənkənar 5 animasiya filmi təqdim edib. Sözügedən uşaqlar üçün animasiya filmlərində ətraf mühitin müxtəlifliyi və həssaslığı mövzularına toxunulub və fransız rejissorlarının kreativ yaradıcılığı nümayiş etdirilib. 

 

Müsabiqədə iştirak edən digər 11 fransız filmindən 2-si mükafata layiq görülüb. Bunlardan “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” kateqoriyasında “2 trubka üçün hekayə”, rejissor Amandine Meyer, Fransa, və “uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyasında uşaqlardan ibarət münsiflər heyəti tərəfindən mükafatlandırılan və eyni zamanda "Tamaşaçı rəğbəti" mükafatına layiq görülən fransız – gürcü filmi “ Franzy-nin şorba mətbəxi”. 

 

ANIMAFILM Festivalının bütün heyətini eləcə də qalibləri və iştirakçıları Azərbaycanın mədəniyyət sahəsində bu cür unikal tədbiri layiqincə keçirdikləri üçün səmimi qəlbdən bir daha təbrik edirik. Bu bir daha onu göstərir ki, Festival və Azərbaycan animasiya filmləri öz inkişafında uğurla irəliləyirlər. Gələcək 6-cı buraxılışda görüşmək ümidilə !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow