MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu Sizi 7 – 11 sentyabr 2022 tarixlərində ANİMAFİLM animasiya filmləri Festivalına dəvət etməkdən şərəf hissi duyur.

Sözügedən beynəlxalq festivalın 5-ci buraxılışının əsas mövzusu iqlim dəyişikliyidir. Builki iqlim dəyişikliyi, güclü istilər, dünya miqyasında baş vermiş təbii fəlakətlər mövzu seçiminə təsir göstərmişdir. Bilet satışından əldə olunacaq bütün gəlir ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Festival ilə artıq 4 ildir ki sıx əməkdaşlıq edən Fransanın Azərbaycandakı səfirliyi, mədəni və sosial təşəbbüslərə dəstəyini daim göstərmək üçün Festivala “Ana təbiət” mövzusunda 5 animasiya filmi təqdim edib. Filmlərin hamısının nümayişi Nizami Kino Mərkəzində 8 sentyabr saat 12.00 -dan 13.30 -dək keçiriləcək : https://tripsome.com/az/activities/f30ca10/ana-tebiet 

1. Zolaqsız pələng, rejissor Raúl Robin Morales, Fransa, İsveçrə 

2. Şuumun odisseyası, rejissor Julien Bisaro, Fransa, Belçika 

3. Şimal Qütb parıltısı, rejissor Caroline Attia, Fransa, İsveçrə 

4. Balaca toxum, rejissor Chaïtane Conversat, Fransa

5. Səhərin izləri, rejissor Maša Avramović, Fransa

Fransanın Azərbaycandakı səfirliyi festivalın « Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi » kateqoriyasının qalibinə dünyanın ən mötəbər festivalı hesab edilən Ansi Beynəlxalq Animasiya Filmləri Festivalına səfər hədiyyə edəcək. 

Festival boyunca müxtəlif kateqoriyalarda fransız filmləri nümayiş etdiriləcək : https://www.animafilm.az/en/

Zövqünüzə uyğun filmləri seçin və vaxt itirmədən yerlərinizi sifariş edən !

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow