MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Buraxılış mərasimi zamanı (15 iyul) Azərbaycan Dillər Universitetinin (ADU) yeni məzunlarına Mədəniyyət və Əməkdaşlıq müşavirinin səmimi təbrikləri.

Səfirliyin Mədəniyyət və Əməkdaşlıq müşaviri (COCAC) cənab Jerom KEL iyulun 15-də, rektor cənab Kamal Abdullanın sədrliyi ilə keçirilən buraxılış mərasimində Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr pilləsini bitirən tələbələri universitetin fəxri həyətində yüzlərlə yeni məzunun hüzurunda səmimi qəlbdən təbrik edib. O, fransız dili və fransız/azərbaycan və fransız/rus dillərində tərcümə üzrə 48 məzunu xüsusilə salamlayıb.

 

Bu mərasimdə bir sıra səfirlər və diplomatik korpusun nümayəndələri iştirak edirdilər: Almaniya, Çin, Çili, Kuba, ABŞ, Macarıstan, Yaponiya, Mərakeş, Meksika, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və s.

 

Səfirlik və Azərbaycan Fransız İnstitutu ADU-nun Fransız Dili Departamentləri ilə müntəzəm əməkdaşlıq edir: aprel ayında Frankofoniya Günləri zamanı natiqlik müsabiqəsi təşkil edilmişdi və ADU-nun iki qalibi bu yay Lyonda qalmaq hüququ qazandılar. Yazda ADU-ya bağlı Frankofoniya Universitet Müvəffəqiyyət Mərkəzinə zəngin kitab və sənədlər fondu ayrılmışdı. Bundan başqa, ADU-nun məzunu bu il səfirlik tərəfindən seçilmiş 25 təqaüdçüdən biridir və sentyabr ayında o, Reyms-Champagne-Ardennes Universitetində dil elmləri üzrə “çoxdillilik və xarici dil kursu kimi fransız dili” üzrə magistr dərəcəsini davam etdirəcək.  

 

Bundan əlavə, ADU bu il (2021-2022) Rouen-Normandiya Universiteti ilə birgə həyata keçirilən Avropa Erasmus Plus mübadilə proqramından faydalanmışdır. Bu da FLE magistr dərəcəsində beş tələbəyə Rouendə 1 semestr tədris görmək və beş fransız dili professoruna isə 1 həftəlik təlim görmək imkanı vermişdir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow