MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakıda 14 iyul şənliyi

Covid-19 pandemiyasını yaşadığımız iki illik fasilədən sonra, ilk dəfə olaraq 14 iyul bayramı bu il Marriott Boulevard otelində ictimaiyyətin iştirakı ilə qeyd olundu.

 

Tədbirdə Azərbaycanın bir çox rəsmiləri, diplomatik korpusun nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, ziyalılar və tələbələr iştirak ediblər. Lumineux xorunun ifasında Azərbaycan və Fransa himnləri səsləndirildi.

 

Fransa səfiri qonaqları salamlayaraq xatırladıb ki, 2022-ci il həm də Fransa və Azərbaycan arasında ikitərəfli münasibətlərin 30 illik yubileyinə təsadüf edir.
Səfirliyin fəaliyyətini əks etdirən qısa videoçarx yayımlandı.

 

Fransa səfirliyi tədbirin bütün sponsorlarına bir daha təşəkkürünü bildirir:

Paprec, Schneider Electric, Suez, Technip Energies, TotalEnergies, Alstom, Axens, Grow Group Azerbaijan, Servier, Thales, Iveco Bus, Lactalis, The Marriott Baku Bulvarı, Moët-Hennessy, Paul, Avrora və Svetlana Gouy, Edwart Chocolatier, Paris.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow