MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Annesi (Fransa) Beynəlxalq Animasiya Film Festivalından “Animafilm” 2021 Festivalının qalibinin salamlama mesajı.

Animafilm 2021 Festivalının « Azərbaycanın Ən Yaxşı Qısametrajlı filmi Mükafatı » nominasiyasında qalib gəlmiş Firəngiz Qurbanovanın oğlu Cavid Əhədov 13-18 iyun 2022 tarixlərində məşhur Annesi Beynəlxalq Animasiya Film Festivalında iştirak etmişdir. 

 

O, bizə Annesi gölünün sahilində yerləşən möhtəşəm Annesi şəhərindən qısa video – mesaj göndərmişdir. 

 

Cavid festivala anası xanım Firəngiz Qurbanovanın « Araqçın » filmini təmsil etmək üçün yollandı. Araqçın Azərbaycanda məşhur ənənəvi oğlan uşaqları üçün hazırlanmış baş geyimidir. 

 

Firəngiz Qurbanovanın oğlu onunla birgə animasiya filmlərinin istehsalı üzrə fəaliyyət göstərən studioda işləyir. 

 

Annesi Festivalında iştirak ona Azərbaycanda Fransız İnstitutu tərəfindən hədiyyə edilmişdir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow