MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ-ın tələbələri üçün buraxılış mərasimi (28 iyun 2022)

Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Qross 28 iyun 2022-ci il tarixində Neft və Sənaye Universitetinin (ADNSU) həyətində Franko-Azərbaycan Universitetinin (UFAZ) tələbələri üçün keçirilən buraxılış mərasimində, ADNSU-nun rektoru cənab Mustafa Babanlı və UFAZ-ın direktoru cənab Vazeh Əsgərovun dəvəti ilə iştirak etmişdir. Tədbirdə ADNSU-nun prorektorları ilə yanaşı, təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak etmişdir.

 

Cənab Babanlı əvvəlcə bakalavr və magistr pillələrinə yiyələnən tələbələri təbrik etdi, eyni zamanda nüfuzlu beynəlxalq universitetlərə qəbul olan tələbələrin təhsillərini davam etdirməkdə uğur qazandıqlarını, onların bir çoxunun təhsil üçün təqaüd aldığını vurğuladı. O, UFAZ-ın magistratura pilləsinin birinci sinif məzunlarını alqışladı. Bu da təhsil ocağının böyüməsinin göstəricisidir.

 

Cənab Qurbanov UFAZ-da tədris olunan ixtisasların ölkənin quruculuğu və yüksəlişi üçün əhəmiyyətini vurğuladı, gənc məzunları Azərbaycanın inkişafında iştirak etməyə sövq etdi.

 

Səfir tələbələrə təhsilləri üçün Fransa-Azərbaycan əməkdaşlığının mərkəzində yerləşən və ölkənin inkişafına dəstək məqsədinin tərkib hissəsi olan UFAZ-ı seçdiklərinə görə təşəkkürünü bildirib. O, həmçinin məzunları Azərbaycan və bütün dünya üçün böyük problem olan enerji keçidinə diqqət yetirməyə təşviq edib.

 

Cənab Vazeh Əsgərov və UFAZ-ın baş katibi xanım Elizaveta Budanova da tələbələrin uğurlarını və bütün nəzarətçi qrupun il ərzində gördüyü işləri xüsusi qeyd etdilər. İki əlaçı tələbə Ləman xanım Cəlilova (bakalavr) və cənab İlkin Səfərli (magistr) öz təəssüratlarını bölüşdülər.

 

Hər kursun ən yaxşı tələbələrinə səhnədə qonaqlar tərəfindən bitirmə sertifikatları təqdim olundu.

 

UFAZ-ın çoxlu məzunları bakalavr pilləsindən sonra Fransada təhsil almağa qərar verdilər (ondan çox tələbə TotalEnergies-Quai d'Orsay proqramı və ya Fransanın Azərbaycandakı səfirliyi tərəfindən verilən  "Fransız Hökuməti Qrantı" proqramı ilə). Bundan əlavə, 46 UFAZ tələbəsi bir neçə gündən sonra UFAZ-ın imtiyazlı tərəfdaşı olan Strasburq Universitetinin “yay məktəbi”ndə iştirak edəcək.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow