MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Atalant” filminin nümayişi ilə “100% Klassik, fransız kinosu həzzi” silsiləsindən 2-ci kino gecəsi 

14 iyun 2022-ci ildə Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə “100% Klassik, Fransız kinosu həzzi” silsiləsindən ikinci kino gecəsi baş tutub.

 

Bu silsilədə fransız milli irsi filmləri ilk dəfə bərpa olunmuş versiyada Azərbaycan dilində subtitrlərlə təqdim olunur. Bu ikinci kino gecəsi üçün Jan Viqonun 1933-cü ildə çəkdiyi “Atalant” filmi təqdim olunub. Gecəni Fransanın Azərbaycandakı Səfiri Zakari Qross açıb.

 

Filmin nümayişdən əvvəl, fransız kinosu üzrə mütəxəssis Murad Abıyev tərəfindən filmin təqdimatı oldu, daha sonra kinoşünas Sevda Sultanovanın rəhbərliyi ilə ictimaiyyətlə müzakirələr aparılıb.

 

Bu unikal nümayişdən həzz almaq üçün çoxsaylı tamaşaçı filmə baxmağa gəlib.

 

Çərşənbə axşamı 21 iyun : « Azərbaycan » kinoteatrında: « Kris Marker gecəsi » -ni qaçırmayın !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow