MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Çərşənbə axşamı 21 iyun : « Azərbaycan » kinoteatrında: « Kris Marker gecəsi »

« 100% KLASSİKLƏR, fransız kino həzzi » proqramı çərçivəsində çərşənbə axşamı 21 iyun saat 19.00-da « Azərbaycan » kinoteatrında « Kris Marker gecəsi ». 

Sözügedən nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının və Fransanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə təşkil olunur. 

Film Fransız dilində və ilk olaraq Azərbaycan və İngilis dillərində alt-yazıları ilə təqdim olunacaq. Film rejissor və Fransa kinematoqrafiyası mütəxəssisi Murad Əbiyev tərəfindən təqdim ediləcək. 

Film nümayişindən sonra müzakirə seansı təşkil olunacaq. 

Giriş peyvənd sertifikatı təqdim edidiyi halda ödənişsizdir. 

 

Çərşənbə axşamı 21 iyun saat 19.00-da : Kris Markerin “Uçuș zolağı” (1962) və “Sibirdən məktub” (1958) filmləri

 

Kris Markerə özəl bir gecə. Eksperimental sənədli film janrının tarixi rejissoru. Orijinal ssenariləri ilə, bəzən iki ardıcıllı planla (Uçuș zolağı), bəzən saxta hekayə danışaraq (Sibirdən məktub) o, hər kəsin zövqünə oxşayacaq və sənədli filmlərə yeni nəfəs verən incəsənət əsərləri yaradıb.

Xülasə “Sibirdən məktub”  : Sovet Sibiri haqqında sənədli bir film. Filmdəki şərhlər və planlar bu saxta səyahət hekayəsinə unikal bir anlam verirlər. Kris Marker burada müxtəlif mövzulara toxunur : insanların həyatı, ictimaiyyətin modernləşməsi, qızıl axtaranlar və s.. Bütün bunlar mövzudan kənar süjet xəttilə müşayiət olunurlar, misal üçün mamontlar haqqında cizgi filmilə, maralların qabiliyyətləri haqqında saxta reklam çarxı ilə və ya bir səhnədə 3 fərqli baxış nöqtəsinin (müsbət, mənfi, neytral) göstərilməsi ilə.

Xülasə “Uçuș zolağı” : Statik görüntülər ilə çəkilmiş sözügedən bu film Üçüncü Dünya Müharibəsindən sonra yer kürəsində həyat tərzindən bəhs edir. Müharibənin dağıntıları bütün yer kürəsini zəbt edib və radioktiv şüalar öz təsirlərini artıq göstərirlər. Sözügedən müharibəyə bir əlac və ya çıxış yolu üçün sadəcə ZAMAN tələb olunur. Problemin həlli üçün 1 nömrəli çıxış yolu zamanda keçmişə və ya gələcəyə səyahət etməkdir. 

 

1

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow