MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Səfirin 2022-2023-cü tədris ili üçün Fransa Hökümətinin azərbaycanlı təqaüdçüləri ilə görüşü

Fransanın Azərbaycandak Səfiri Cənab Zakari Qros 2022-2023-cü tədris ili ərzində Fransada magistratura pilləsində təhsil almağa gedən Fransa hökumətinin təqaüdçülərini qarşılayıb və onlarla söhbət edib.

Təqaüdçülərdən 10 nəfər iyunun 15-də Fransa səfirliyinin iqamətgahında qəbul olundu. Səfirin və əməkdaşlıq və mədəni işlər üzrə müşavir Jerom Kelin xoş sözlərindən və təbriklərindən sonra tələbələr özlərini təqdim etdilər və xüsusən də təhsilləri, gələcək peşəkar layihələri və onları Fransanı seçməyə yönəldən səbəblər haqqında müzakirələr apardılar.

Artıq Fransada olan digər 3 təqaüdçü də Səfirlə layihələrini, gələcək istəklərini və səfirliyin dəstəyinə görə minnətdarlıqlarını bildirmələri üçün iyunun 13-də Zoom vasitəsilə görüşüb fikir mübadiləsi apardılar. Fransada bir il keçirdikdən sonra onlar həmçinin Strasburq və Paris-Saklay universitetlərində aldıqları təhsil keyfiyyəti və qarşılanmalarına barədə öz təcrübələrini bölüşdülər.

Bu il əməkdaşlıq və mədəni işlər şöbəsi müxtəlif ixtisaslar üzrə tələbələrə Fransada təhsillərini dəstəkləmək 7-si tam təqaüd olmaqla cəmi 12 təqaüd verib. Müraciət sənədlərinin mükəmməlliyinə və peşəkar layihələrinin keyfiyyətinə görə seçilmiş bu təqaüdçülər həmçinin ərizə fayllarında və müsahibə zamanı Fransanın cəlbediciliyini ifadə etdilər.

Sentyabr ayından etibarən onların hamısı Paris Sakle, Strasburq Universiteti, Tuluz Kapitol Universiteti və ya Qrenobl Siyasi Elmlər İnstitutu kimi tanınmış fransız təhsil müəssisələrində öz təhsillərinə başlayacaqlar. Təqaüdçülərdən 3-ü hüquq, 1-i xarici dil kimi fransız dili, 4-ü coğrafi elmlər və ya enerji kimi dəqiq elmlər, 1-i biznes məktəbində, 2-si siyasi elmlər və beynəlxalq münasibətlər, nəhayət, 1-i mədəni irs və turizm sahələri üzrə magistratura pilləsində təhsil alacaq. “Eyfel” Mükəmməllik proqramının təqaüdçüsü Mines-ParisTech Məktəbində ekoloji keçid sahəsində magistr dərəcəsi üzrə təhsil alacaq.

Əgər siz də tezliklə Fransada təhsil almaq və təqaüddən yararlanmaq istəyirsinizsə, Campus France saytında https://www.campusfrance.org/fr/rendez-vous-en-france-des-bourses-pour-financer-vos-etudes daha çox məlumat əldə edin və Campus France Azərbaycan mərkəzi ilə öz layihənizi elə indi hazırlayın.

 

1

2

3

4

5

6

7

8

9

10

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow