MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Çərşənbə axşamı 14 iyun : « Azərbaycan » kinoteatrında Jan Viqonun « Atalanta » filminin nümayişi

« 100% KLASSİKLƏR, fransız kino həzzi » proqramı çərçivəsində çərşənbə axşamı 14 iyun saat 19.00-da « Azərbaycan » kinoteatrında Jan Viqonun « Atalanta » (1933) filminin nümayişi keçiriləcək. 

Sözügedən nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının və Fransanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə təşkil olunur. 

Film Fransız dilində və ilk olaraq Azərbaycan və İngilis dillərində alt-yazıları ilə təqdim olunacaq. Film rejissor və Fransa kinematoqrafiyası mütəxəssisi Murad Əbiyev tərəfindən təqdim ediləcək. 

Film nümayişindən sonra müzakirə seansı təşkil olunacaq. 

Giriş peyvənd sertifikatı təqdim edidiyi halda ödənişsizdir. 

 

Çərşənbə axşamı 14 iyun saat 19.00-da :  Jan Viqonun « Atalanta » (1933) filmi

Ekspertlər həmfikirdirlər : « Atalanta » bütün kinosevərlərin izləməli olduqları və 7-ci incəsənət növünün şah əsəridir. 

« Atalanta » filmi şairanə və realist bir əsərdir və filmin personajları rəngarənglikləri ilə seçilirlər. Bu film Jan Viqonun 3-cü və sonuncu filmdir. Filmin çıxışından bir az sonra rejissor həyatını 29 yaşında itirir. Rejissorun kinokaryerasının qısa olmasına baxmayaraq, filmin gözəlliyi və tamaşaçıya yaşatdığı rahatlığı dünya kinematoqrafiya tarixində əbədi olaraq yaşayacaq. 

Fransua Trüffonun « Atalanta » filmi haqda verdiyi müsahibəyə baxa bilərsiniz.

Xülasə : İki gənc - kəndli qız Cülyetta və gəmi kapitanı Jan evlənir. Sonra onlar Janın “Atalanta” adlanan gəmisinə daşınırlar. Günlərin bir günü Cülyetta dərin hüznə boğulur və gəmini tərk edərək böyük şəhərin işıqlarına valeh olur. Bir qoca kişinin köməkliyi ilə Jan Cülyettanı ümidsizliyə qapılmış vəziyyətdə tapdı. 

 

3

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow