MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

26 may 2022 tarixində UFAZ-da Azərbaycan Fransa Məzunlarının İdeyalar Gecəsi adlı tədbir baş tutub. 

Fransa Səfirliyi, Azərbaycan Fransız İnstitutu, AAAF (Azərbaycan Fransa Məzunları Assosiasiyası) və UFAZ (Azərbaycan-Fransız Universiteti) mayın 26-da Fransada ali və peşəkar təhsil almış azərbaycanlı məzunların "İdeyalar gecəsi" adlı tədbir təşkil edib.  

 

Azərbaycan Fransa Məzunları Assosiasiyasının prezidenti Vazeh Əskərov tədbirin giriş nitqində məzunları salamlayaraq hazırda Fransa məzunlarının sayının 600 nəfərə yaxın olduğunu bildirib. Fransanın Azərbaycandakı səfiri Zakari Qross məzunlara çağırğış edərək onları Qafqazın yenidən qurlumasında və dirçəlməsində daha fəal olmağa səsləyib. Fransa səfirliyinin əməkdaşlıq məsələləri üzrə müşaviri Jerom Kel məzunları yeni yaradılmış assosiasiyaya üzv olmağa və Azərbaycan-Fransa əlaqələrinin daha vahid və proaktiv şəkildə inkişaf etdirilməsinə dəstək olmağa ruhlandırıb.

 

Fransada təhsil almış 7 peşəkar müxtəlif mövzularda öz təcrübələrini və düşüncələrini təqdim edib və digər məzunlarla müzakirələr aparıblar. Təqdimatlar aşağıdakı mövzuları əhatə edib : qlobal istiləşmə və onun planetə və Azərbaycana təsiri; işlənmiş məhsulların təkrar emalı və təkrar emal prinsipinə əsaslanan dairəvi iqtisadiyyat; təmiz və bir-biri ilə əlaqəli şəhər nəqliyyat şəbəkələrinin inkişafı; ətraf mühitin qorunmasına riayət edən sadə istehsal və istehlak üsulları/ölkələrin inkişafı və modernləşməsində vətəndaş cəmiyyətinin və beynəlxalq əlaqələrin rolu. 

 

Tədbirə 400 dən çox Fransa məzunu dəvət edilmişdi. Məzunların İdeyalar Gecəsinin məqsədi Fransada təhsil almış Azərbaycanlıların bütün sahələr üzrə - iqtisadiyyat, biznes, sənaye, ticarət, təhsil, elm və tədqiqat, mədəniyyət, idman, incəsənət, vətəndaş cəmiyyəti, hüquq, ətraf mühit, diplomqtiyq və idarəetmə sahəsində - şəbəkələşməsinə dəstək olmaqdır. 

 

Tədbirdə 60 nəfərdən çox məzun iştirak edib.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow