MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinə layiq görülüb.

19 aprel 2022 tarixində “Qanun” Nəşrlər Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinə layiq görüldü.

 

Sözügedən mükafat incəsənətdə və ya ədəbiyyatda yaradıcılığı ilə fərqlənən şəxslərə yaxud bu sahələrdə Fransa və dünya miqyasında əməyi keçmiş namizədlərə verilir. 

 

Sözügedən Ordenə dünya üzrə bir çox insan layiq görülüb. Cənab Xuduoğlu Azərbaycan üzrə bu Ordenə layiq görülən 3-cü şəxsdir. O, bu uğuru ilə “Qanun” Nəşrlər Evinin adətən tərcümə etdiyi və həmin İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif edilmiş fransız yazıçıları ilə (Nobel mükafatı laureati Patrik Modiano, Leyla Slimani, Jan Kristof Rüfən) bir cərigədə yer alır. 

 

19 aprel tarixində Fransanın Azərbaycandakı səfirliyinin igamətgahında, Azərbaycanın 60-a yaxın mədəniyyət və incəsənət nümayəndələrinin qarşısında Fransanın Azərbaycandakı səfiri Zati-Aliləri cənab Zakari Qross cənab Şahbaz Xuduoğlunu İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər medalı ilə təltif etmişdir. 

 

“Qanun” Nəşrlər Evi Azərbaycanda Fransız İnstitutunun fransız əsərlərinin azərbaycan dilinə tərcüməsi və yayılması üzrə önəmli tərəfdaşıdır. Fransız İnstitutunun dəstəyi nəticəsində tərcümə olunmuş və artıq kitab mağazalarında mövcud son əsər, Nobel mükafatı laureatı J.M.-G. Lö Klezionun “Alma” əsəridir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow