MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Art Tower Gallery -də « Quai d’Orsay » filminin nümayişi

15 aprel 2022 tarixində Art Tower Gallery -də Frankofoniya 2022 mövsümü çərçivəsində « Quai d’Orsay » filmi nümayiş olundu. 

Filmi Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə əməkdaşlıq Müşaviri, Fransız İnstitutunun Direktoru cənab Jerom Kel və mədəniyyət işləri üzrə məsul şəxs xanım İnqrid Ponsi təqdim etdilər. 

 

« Quai d’Orsay » fransız komediya filmi eyniadlı komiks əsasında çəkilmişdir. Sözügedən film izləyicini Fransanın Xarici İşlər nazirliyinin kuluarlarında baş verənlərlə və « çıxış nitqləri » -lə tanış edir. Tanınmış aktyorları ( Tiyeri Lermit, Jüli Qaye, Rafael Personaz və s.) bir araya gətirən bu filmin rejissoru Bertran Taverniye bir çox mötəbər mükafatlara layiq görülmüşdür. 

 

Film ekranlara çıxandan dərhal sonra Kan və San Sebastiyan Film festivallarında müxtəlif nominasiyalara və mükafatlara layiq görülür və günü bu günədək dünya üzrə tamaşaçıları əyləndirməyə davam edir. 

 

Filmin nümayişinə 40-a yaxın tamaşaçı qoşulub nümayişin sonunda səmimi ortamdan yararlana bildilər. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow