MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofon ortamında « La Croisade » filminin nümayişi və sonda şən yığıncaq ( Park Cinema Bulvar – çərşənbə günü 13 aprel 2022 tarixində )

Azərbaycanda Frankofoniya Günləri 2022 silsilə tədbirlərin çərçivəsində çərşənbə günü 13 aprel 2022 tarixində, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu Park Bulvar Park Cinema-da Lui Qarelin « La Croisade » filminin, frankofon ortamında, nümayişini və nümayişin sonunda tamaşaçılara kokteyl ziyafəti təklif etdilər. 

Frankofoniya 2022 mövsümünün bu mühim tədbirinin açılışını Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros və həmin səfirliyin Əməkdaşlıq və Mədəniyyət müşaviri və Azərbaycanda Fransız İnstitutunun direktoru cənab Jerom Kel açdılar. Söz sahiblərinin hər ikisi film nümayişində iştirak edən bütün tamaşaçıları görməyə şad olduqlarını bildirib Frankofoniya 2022 mövsümünün baş tutmasında əməyi keçən tərəfdaşlara, ələlxüsus digər iştirakçı səfirliklərə ( Çexiya Respublikası, Latviya, Litva, Mərakeş və Meksika ) və tədbirdə iştirak edən yerli fransız dili müəllimlərinə və onların tələbələrinə öz minnətdarlıqlarını bildirdilər.  

Film nümayişinin sonunda bütün tamaşaçılara, şən və frankofon ab-havasında, kokteyl ziyafəti təqdim edildi. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow