MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Sumqayıt Gənclər Evində ECOmiks layihəsinin təqdimatı

1 aprel 2022-ci il tarixində Sumqayıt Gənclər Evində Fransa səfirliyinin dəstəyi ilə Sumqayıt gənclər birliyi “Sağlam Düşüncə Gənclər Təşkilatı”-nın layihəsi çərçivəsində hazırlanmış “ECOmiks - Xəzər dənizinin sahilində” komiksinin təqdimatı olmuşdur.

 

Bu layihəni “Sağlam Düşüncə Gənclər Təşkilatı”nın prezidenti cənab Orxan Bayramov, Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru cənab Jerom Kelle və Art Council-in rəhbəri cənab Dadaş Məmmədov təqdim etmişlər. 

 

ECOmiks ətraf mühitin mühafizəsi problemləri, xüsusən də Xəzər dənizinin biomüxtəlifliyini və balıqçılıq və iqtisadi fəaliyyətləri qorumaq üçün onun çirklənmədən (xüsusilə plastik tullantılar vasitəsilə) qorunmasının vacibliyi haqqında məlumatlılığı artırmaq üçün Sumqayıt məktəblərində şagirdlər üçün nəzərdə tutulmuş komiksdir. Bu dənizlə həmsərhəd olan əhalinin rifahı üçün əsasdır. Layihə Fransa Səfirliyi və Art Council Azerbaijan-ın dəstəyi ilə maliyyələşdirilib.

 

Bu tədbirin iştirakçıları arasında məktəb və liseylərin direktorları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Müdirliyinin, eləcə də Ekologiya Departamentinin Regional Müdirliyinin nümayəndəsi, Sumqayıt şəhəri bələdiyyə sədrinin müavini və digərləri iştirak etmişdir.

 

Otuza yaxın insan təqdimatda iştirak etdi və bu tədbirdən sonra birgə xoş anlar paylaşdılar.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow