MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Zarafat” adlı çexoslovak filminin nümayişi

logogad                                                                              cexiya zirt

 

“Zarafat” adlı çexoslovak filminin nümayişi

 2 aprel, 2022, saat 20:00 

 

Cine Club, Landmark, Nizami küçəsi 90A, Bakı 

Film çex dilində fransız və azərbaycan altyazıları ilə nümayiş olunacaq

Giriş 30 mövcud yeri nəzərə alaraq sərbəstdir. 

Giriş etibarlı COVİD-19 pasportu ilə mümkündür (buster dozanın vurulması və ya xəstəlikdən sağalma/son 180 gündə peyvəndin 2-ci dozası vurulmasının təsdiqi)

 

Frankofoniya Günləri və dahi çex və fransızdilli yazıçı Milan Kunderanın anadan olmasının 93-cü ildönümü münasibətilə Çexiya Respublikasının Bakıdakı Səfirliyi onun “Zarafat” (La Plaisanterie) romanı əsasında çəkilmiş məşhur Çexoslovakiya filminin Azərbaycan və Fransız altyazısı ilə kinoteatrda ilk nümayişini təşkil edir. Yaromil Yireşin bu filmi 1969-cu ildə hazırlanıb və tezliklə Çexoslovakiya hakimiyyəti tərəfindən qadağan edilib və bu onu "Çexoslovakiya Yeni Dalğasının ən məşhur qurbanlarından biri" etdi. Stalin rejiminin təsirinə məruz qalmış bir çox real həyata əsaslanan hekayəsi zarafat adlandırıla bilən, onun insanlar üçün yarada biləcəyi ciddi nəticələr, və inam, iradə və qətiyyətlə idarə olunan davranış və insan varlığının ümumi kədərli boşluqları arasındakı uyğunluğu vurğulayır. Milan Kundera özü əsərlərinin filmə uyğunlaşdırılmasına həmişə tənqidi yanaşsa belə, onun yaradıcılığına daha çox diqqət çəkmək üçün bu filmi sizə təqdim etmək qərarına gəldik ki, onun bir hissəsi  azərbaycanca tərcümədə mövcuddur. 

zertdjert

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow