MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

18 dekabr-15 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisi

Fransız İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küçəsi 9-11, bazar ertəsindən başqa hər gün saat 10:00-18:00) məşhur fransız fotoqrafı Pol Nadarın 1890-cı ildə Bakı, Qafqaz və Orta Asiya səyahətinə və həmçinin 19-cu əsrdə fotoqrafiyanın məşhur pioneri, « Nadar » evinin yaradıcısı olan atası Feliks Nadara həsr olunmuş o dövrün fotoşəkillərindən ibarət « Pol Nadar: Bakıya əsrarəngiz səyahət » adlı fotoqrafiya sərgisini təqdim edirlər.

Beləliklə, bu sərgi « Nadarların » foto əsərlərinin bir hissəsini kəşf etmək və ya yenidən kəşf etmək üçün bir fürsətdir: Feliks Nadar (ata) və Pol Nadar (oğul). Feliks Nadar, Aleksandr Düma, Jül Vern, Corc Sand və ya Viktor Hüqo kimi dövrünün məşhur fransız simalarının portretlərinin müəllifi olması ilə məşhurdur və bu portretlərin bir neçəsi sərgidə təqdim olunur.

Pol Nadara gəlincə, sərgidə onun 1890-cı ildə Bakının küçələrində və mənzərələrində, eləcə də onu İstanbuldan Daşkəndə aparan səyahəti zamanı çəkdiyi ən diqqətəlayiq fotoşəkilləri təqdim olunur. Onlar Qafqazın və Orta Asiyanın bir əsrdən çox əvvələ aid yerlərinə, abidələrinə, simalarına şahidlik edirlər.

Nadar kolleksiyasındakı orijinal neqativlərdən və ya proyeksiya lövhələrindən götürülmüş bu fotolar Azərbaycanda ilk dəfə təqdim olunur.

Bon voyage !

1

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow