MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

VACİB MƏLUMAT ! Études en France platformasında universitetlərə sənəd qəbulu üçün son müraciət tarixi uzadılıb

Études en France platformasında universitetlərə sənəd qəbulu üçün son müraciət tarixi uzadılıb :

 

DAP (İlkin Qəbul Müraciəti) proseduru üçün - 18 oktyabr 2021-ci il tarixindən 25 dekabr 2021-ci il saat 23:59-dək (Bakı vaxtı ilə) :

 

  • DAP – Ağ dosye : bakalavrın birinci kursu və ya tibb üzrə baalavrın birinci kurs (MMOPK : Tibb, Mayevtika, Odontologiya, Əczaçılıq, Fizioterapiya) ;
  • DAP – Sarı dosye : ENSA - Milli Memarlıq Məktəbi (bakalavrın 1-ci kursundan magistraturanın 2-ci kursuna qədər qəbul)

 

DAP-dan (İlkin Qəbul Müraciəti) kənar prosedurlar üçün - 18 oktyabr 2021-ci il tarixindən 15 yanvar 2022-ci il saat 23:59-dək (Bakı vaxtı ilə) :

 

  • Platformaya qoşulu universitetlər : bakalavrın 2-ci kursu, 3-cü kursu, Licence professionnelle (peşəyönümlü bakalavr), magistraturanın 1-ci kursu və magistratranın 2-ci kursu ;
  • Politexnika İnstitutu (ikili prosedur olmasına diqqət edin edin : Polytech + Campus France) ;
  • Bəzi mühəndislik və biznes məktəblərinin açıq elan etdiyi və platformaya qoşulu olan digər ixtisaslar üçün (məktəblərlərlə dəqiqləşdirmək).

 

 

*Bu tarixdən sonra siz daha müraciətinizi təqdim edə bilməzsiniz.

 

Sənədlərinizin sürətli yoxlanışı və universitetlərə göndərilməsi üçün sizə onları bizə mümkün qədər tez təqdim etməyi və xüsusən də son gündən qaçınmağı məsləhət görürük!

 

Ətraflı məlumat üçün Camus France Azərbaycan mərkəzi ilə əlaqə saxlayın :

Tel : 051 207 02 95

Email : bakou@campusfrance.org

Ünvan : Azərbaycan Fransız İnstitutu, Füzuli küçəsi 67, AZ1014, Bakı

Çərşənbə-Cümə günləri : 9.00-13.00 və 14.00-18.00

Şənbə günləri : 9.00-17.00

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow