MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Akademik Palma ordeninin bir neçə azərbaycanlı şəxsiyyətlərə təqdime dilməsi. Cümə axşamı 25 noyabr 2021.

Fransanın Azərbaycandakı səfirliyi 25 noyabr 2021-ci il Beynəlxalq fransız dili müəllimləri günü münasibətilə bir neçə azərbaycanlı şəxsiyyətin Akademik Palma ordeni ilə mükafatlandırılması üçün təltifetmə mərasimi təşkil edib.

 

Fransa səfiri Zakari Qros bildirib ki, bu ordenlə təltif olunan şəxslər Azərbaycanda fransız təhsili və ali təhsil modelinin təbliğində və fransız dilinin öyrənilməsində mühüm rol oynayırlar.

 

Akademik Palma ordeni ilə təltif edilən 5 nəfər aşağıdakılardır:

 

- Zabit dərəcəsi ilə UFAZ-ın (Fransız-Azərbaycan Universiteti) direktoru cənab Vazeh Əsgərov;

- Cəngavər dərəcəsi ilə Bakı fransız liseyinin təhsil müşaviri xanım Gülşən Nağızadə, Bakı Dövlət Universitetinin fransız dili müəlliməsi xanım Xədicə Abdullayeva, Dillər Universitetinin fransız dili müəllimi cənab Rafiq Mikayılov və Bakı Evrika liseyinin fransız dili müəlliməsi xanım Mahirə Şükürova.

 

Təltifetmə mərasimi dəvət edilən təxminən 100 nəfərin iştirakı ilə Lanmarkda keçirildi. 

 

Palmes académiques BAKOU 2021

bakou 1

palmes bakou 2

bakou 3

bakou 4

bakou 5

bakou 6

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow