MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Sənədli film » xüsusi kartında İFA kinosu : evinizdə pulsuz onlayn fransız kinosu. 1-30 noyabr 2021-ci il tarixlərində.

"Sənədli Filmlər Ayı" münasibətilə, « Sənədli film » xüsusi kartında İFA kinosu noyabr ayı ərzində Kann Film Festivalında seçilmiş, 2 tammetrajlı sənədli filmi onlayn və pulsuz təqdim edir.

Proqram :

Nikola Filiber-in « olmaq və malik olmaq » sənədli filmi

Sinopsis: Fransanın hər yerində hələ də bir sinifli məktəblər var və onlar eyni müəllim ətrafında və bağçadan başlayaraq 6-cı sinifə qədər eyni kənddən olan bütün uşaqları birləşdirir. Rejissor özünə qapanma və dünyaya açılma arasında olan, digərlərindən fərqli bu siniflərin görüşünə gedib.

Alt yazı : ingilis, ispan, ukrayna, çin dilləri

Romən Qupilin "Otuz yaşında ölmək" sənədli filmi

Sinopsis: Dostu Mişel Rekanati-nin intiharından sonra Romən Qupil onun ifrat solçu fəal keçmişi ilə maraqlanır. 1968-ci ildə çəkilmiş baş yığıncaqların və nümayişlərin şəkillərinə, Romən Qupil bu nəsil portretində iştirak edən keçmiş yoldaşlarının şəxsi sənədlərini və ifadələrini lentə alınmış gündəlik şəklində əlavə edir.

Alt yazı : ingilis, ərəb, ispan, fransız, portuqal, ukrayna dilləri

Filmlərə necə daxil olmaq olar?

Kartla İFA kinoda görüşənədək !

1

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow