MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa səfirinin Fransada 2021-2022-ci tədris ili üçün Fransa təqaüdü qazanmış 40 azərbaycanlı tələbədən təxminən ona yaxın tələbə ilə onlayn müsahibəsi (6 oktyabr 2021-ci il). - Videonu izlə

 

2021-2022-ci illər ərzində Fransada ali təhsilini başa vurmaq üçün 40 azərbaycanlı tələbə Fransa təqaüdünə layiq görülüb :

-          Fransa dövlətindən 15 təqaüdçü: Fransa səfirliyindən 12 təqaüdçü və Eyfel mükəmməllik proqramından 3 təqaüdçü,

-          TotalEnergies-Azərbaycan şirkətindən 10 təqaüdçü

-          Fransa universitetlərindən, Avropa və ya digər təqaüd proqramlarından (Erasmus Mundus, IDEX, MIEM, Excellence Ampère, Msc Fellowship, IsBD və s.) 15 təqaüdçü.

Təqaüdçülər arasındakı bərabərlik də təmin olunmuşdur:  : 40 təqaüddən 18-i xanım namizədlərə verilmişdir. 

Onlayn görüşdə iştirak edən tələbələr müxtəlif şəhərlərdə təhsillərini davam etdirirlər: 4-ü Strasburq Universitetində, 2-si Paris regionunda yerləşən IFP Məktəbində (Fransa Neft İnstitutu), digər 4-ü isə müvafiq olaraq Eks-Marsel Universitetində, Tuluz Kapitol I Universiteti, Lil Avropa Siyasi və Sosial Elmlər Məktəbində və Qrenobl INP - Milli Politexnik İnstitutunda. Tələbələrin böyük əksəriyyəti magistratura, onlardan 3-ü isə doktorantura pilləsində təhsil alırlar. 

Fransa səfiri cənab Zakari QROS, oktyabr ayında baş tutan onlayn görüş zamanı onları təbrik etdi.

Videonu izləyin !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow