MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Paris Nanterre Universitetinin nümayəndə heyətinin Bakıya səfəri (3-5 noyabr 2021-ci il)

Paris Nanterre Universitetinin pozitiv menecment kafedrasının Dekanı və marketinq təhsili üzrə Magistraturanın müdiri xanım Beatris Bellini və beynəlxalq əlaqələr üzrə məsul şəxs cənab Pier-İv Turpən Fransanın Azərbaycandakı Səfirliyi ilə tərəfdaşlıq çərçivəsində, 2021-ci ilin noyabr ayının 3-dən 5-ə qədər Bakıda tədqiqetmə missiyası həyata keçiriblər.

Səfər çərçivəsində onlar bir sıra yerli universitetlərin rəhbərlərilə görüşüblər: Bakı Biznes Universiteti (BBU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), ADA Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri. Bir çox əməkdaşlıq perspektivləri fərqli potensial tərəfdaşlar ilə müzakirə edilib : tələbə mübadiləsi və mobillik (ikitərəfli və Erasmus+ müqavilələri), Avropanın potensialın artırılması üzrə layihələri (həmçinin yaşıl universitetlər və müsbət və məsuliyyətli idarəetmənin tədrisi sahəsində), təlimçilərin təlimi və xanım Bellininin mütəxəssisi olduğu məsuliyyətli və pozitiv turizm sahəsində tədqiqat layihələrinin  həyata keçirilməsi. O, həmçinin bu sahədə ixtisaslaşmış təhsil və təlim alətləri tərtib və təklif etmək üçün Avropanın 6 universitetini (Paris Nanterre – Rennes 1 (Fransa), Cagliori (Italiya), Postdam (Almaniya), Pecs (Macarıstan), Masaryk (Çexiya)) birləşdirən « EDUC + »  (Educating for positive management) Avropa strateji tərəfdaşlıq proqramının rəhbəridir. 

Cümə günü, noyabr ayının 5-də Azərbaycan Turizm və Menecment Universiteti və Fransanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən ictimai konfransda « Pozitiv və Davamlı Turizm: keyfiyyətli xidməti sosial və ekoloji amillər ilə inteqrasiya etməklə necə iqtisadi dəyər yaratmaq olar? » mövzusunda xanım Bellini çıxış etdi. Tədbirdə həm özəl, həm də dövlət sektorundan olan bir çox turizm şirkətlərinin nümayəndələri, eləcə də tələbə və müəllimlər iştirak etdi.

Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənən əməkdaşlıq çərçivəsində Bakı Biznes Universitetinin Magistratura pilləsinin 1-ci və 2-ci kürs tələbələri üçün Xanım Bellini ingilis dilində makro və mikro iqtisadiyyat sahəsi üzrə bir neçə saat dərs verdi.

 

1

2

3

4

5

6

7

8

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow