MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız dili müəllimlərinin beynəlxalq peşə Günü 25 noyabr 2021-ci il Bakı şəhəri Landmark Hotel

Fransız dili müəllimlərinin beynəlxalq peşə Günü
25 noyabr 2021-ci il Bakı şəhəri Landmark Hotel. 

Əgər siz də fransız dili müəllimisinizsə və digər həmkarlarınızla xoş və faydalı bir ortamda görüşmək istəyirsinizsə, o zaman 25 noyabr 2021-ci il tarixində saat 14.45-dən etibarən Landmark Hotel-də (Bakı şəhəri, Nizami küç., 90A) bizə qoşulun 


Tədbirin proqramı :

Saat 14.45 : iştirakçıların qarşılanması
Saat 15.00 : Zatı Aliləri Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qross və səfirliyin Mədəniyyət və Əməkdaşlıq üzrə müşaviri, Fransız İnstititunun direktoru cənab Jerom Kel tərəfindən açılış mərasimi
Saat 15.20 : APFAZ-ın ( Azərbaycanın fransız dili müəllimləri assosiasiyası) prezidenti xanım Gülbəniz Allahverdiyevanın « Xoş gəldiniz » nitqi ; ölkənin ən yaxşı fransız dili müəllimlərinin mükafatlandırma mərasimi.
Saat 15.40 : Fransız dili xarici dil (FLE) üzrə məruzəçi xanım Elizabet Jüste tərəfindən dərslərdə istifadə edilə biləcək vəsaitlərin təqdimatı. 
Saat 16.00 : Onlayn konfrans : FLE üzrə hibrid dərsin hazırlanması : nəzəriyyədən praktikaya / praktikadan nəzəriyyəyə


Hibrid dərslərdə tələbələrin bir qismi canlı olaraq digər qismi isə onlayn olaraq dərsə qoşulurlar. 


Konfransın məruzəçisi  : Bezanson Universitetinin dilçilik mərkəzinin xarici dillərin tədrisi və rəqəmsal bacarıqlar kafedrasının müəllimi xanım Sofi Otman


Saat 17.00 : kofe fasiləsi
Saat 17.30 : Fransız dili müəllimlərinin beynəlxalq sosial şəbəkəsinin (IFProfs.org¬) təqdimatı 

İştirak üçün 23 noyabr tarixinədək irəlidəki müraciət formunu doldurmaq gərəkdir : https://forms.gle/6bedjzDzRBLKNnGz8

 

JIPF BAKU

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow