MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFC (Universty Foundation Courses) tədris mərkəzinin prezidenti Reyhan xanım Hüseynovaya Akademik Palma ordeninin Zabit rütbəsinin verilməsi mərasimi. 16 noyabr 2021-ci il

Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros, UFC (University Foundation Courses) tədris mərkəzinin prezidenti və təsisçisi Reyhan xanım Hüseynovanı, bir sıra mühüm şəxsiyyətlərin, səfirlərin, Azərbaycan hökuməti və parlamentinin, Mədəniyyət və Təhsil nazirliklərinin nümayəndələrinin, professor-müəllim heyətinin üzvlərinin, dostlarının və yaxınlarının iştirakı ilə, Akademik Palma ordeninin Zabit rütbəsi ilə təltif etdi.

 

Səfir çıxışı zamanı xanım Hüseynovanın, tələbələri arasında Fransada təhsilin təbliği və inkişafı lehinə nümunəvi fədakarlığını vurğuladı. UFC yarandığı gündən 200-dən çox azərbaycanlı tələbə Fransada ali təhsil almaq üçün mərkəzin xüsusi təlim kurslarını keçmişdir. Bu baxımdan, xanım Hüseynova Fransa ilə Azərbaycan arasında dostluq bağlarının möhkəmlənməsində mühüm rol oynayır.

 

Akademik Palma ordeni Fransa Respublikasının təhsil naziri tərəfindən Fransanın dünyada intellektual, elmi və bədii inkişafına töhfə verən xarici şəxsiyyətlərə verilən medaldır. Xatırladaq ki, Azərbaycan-Fransa Dostluq Cəmiyyətində fəaliyyətlərinə görə Reyhan xanım Hüseynova 2016-cı ildə Fəxri Legion ordeninin Cəngavər rütbəsinə layiq görülmüşdü.  

 

https://www.trend.az/life/socium/3513152.html

 

https://apa.az/en/xeber/foreign-news/zacharie-gross-it-is-a-priority-for-us-azerbaijani-students-to-study-in-france-362015

 

https://apa.az/az/xeber/xarici-siyaset/zakari-qross-bizim-ucun-azerbaycanli-telebelerin-fransada-tehsil-almasi-prioritetdir-671180

 

https://report.az/ru/nauka-i-obrazovanie/rukovoditelya-ufc-nagradili-medalyu-ordena-akademicheskih-palm/  

 

 

RH1

RH2

 

RH3

 

RH4

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow