MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Noyabr ayında fransız dili biliklərinizi inkişaf etdirin ! Danışıq klubu və frankofon saatı sizi gözləyir.

Əziz frankofon dostlar,

 

İFA-da danışıq klubları aprel ayından mütəmadi şəkildə davam edir. Noyabr ayından etibarən danışıq klubları artıq cümə axşamları günü deyildə şənbə günləri saat 13.00-da təşkil olunacaq. İştirak haqqı 5 azn, İFA-nın üzvlərinə ödənişsiz. İFA-nın üzvü deyilsinizsə bu imkandan yararlanmağa və kitabxanadan qeydiyyatdan keçməyə tələsin. 

 

Həmçinin noyabr ayında Bakou Francophones  təşkilatının dəstəyi ilə Vanessa Şövalye hər çərşənbə axşamları saat 17.00-da frankofon saatları dərnəyi keçirəcək (9 noyabr tarixi istisna olmaqla, Bayraq Günü). İştirak tamamilə ödənişsizdir. Yerlər məhdud sayda olduğu üçün qeydiyyat zəruridir. 

 

Danışıq klubu və frankofon saatında iştirak üçün qeydiyyat mediatheque@ifa.az elektron ünvanı üzərindən aparılır. 

Hamınızı gözləyirik ! 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow