MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“DokuBaku” Bakı Beynəlxalq Sənədli Film Festivalının komandası ilə görüş (27.10.2021)

Noyabrın 3-dən 7-dək Bakıda keçiriləcək “DokuBaku” beynəlxalq sənədli filmlər festivalının başlanmasına bir neçə gün qalmış Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros, Azərbaycan fransız İnstitutunun Direktoru cənab Jerom Kel və mədəniyyət  attaşesi xanım İnqrid Ponsi festivalın direktoru, sənədli film rejissoru və prodüseri cənab İmam Həsənov, eləcə də onun tərəfdaşı xanım Lana Sokolova ilə görüşüb. Festivalın 2021-ci il buraxılışında iki fransız filmi də yarışır.

 

Görüş 2017-ci ildən keçirilməyə başlanmış festivalın tarixi və Azərbaycanda sənədli filmin yaradılması ətrafında müzakirə ilə baş tutdu. Səfirlik və fransız İnstitutu festivala dəstək verməyə hazır olduqlarını bildirdilər. Əməkdaşlığın ilk addımı: Kan kinofestivalının rəsmi seçimi olan Letisia Kartonun “Böyük rəqs şənliyi” filminin noyabrın 7-də saat 18:30-da Bakı Kino Evində “müsabiqədən kənar” seansının nümayişidir. Bundan başqa, DokuBaku festivalı festivalın münsiflər heyətinin üzvlüyünə İnqrid Ponsini də səmimiyyətlə daxil edib.

 

DokuBaku festivalı ilə Fransa festivalları arasında gələcək əməkdaşlıq imkanları, eləcə də bu sahədə fransız mütəxəssisləri ilə “master-klass” layihələrinin həyata keçirilməsi və həmçinin fransız İnstitutunun festivalın 2022-ci il buraxılışı üçün “Ən yaxşı Azərbaycan sənədli filmi” kateqoriyasında laureata mükafat təqdim etməklə töhvə verməsi imkanları nəzərdə tutuldu.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow