MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

DokuBaku festivalı çərçivəsində Laetisia Kartonun "Böyük Rəqs" filminin nümayişi

DokuBaku festivalı çərçivəsində bazar günü noyabrın 7-də saat 18.30-da Kino Evində (Həsən Seyidbəyli küçəsi, 18) Laetisia Kartonun "Böyük Rəqs" filmi (fransız dilində, azərbaycanca subtitrlərlə) pulsuz nümayiş etdiriləcək. 

 

Filmi Azərbaycan Fransız İnstitutunun direktoru cənab Jérôme KELLE təqdim edəcək. Sizi orada görməyimizə ümid edirik! 

 

Tarix: Bazar günü, 7 noyabr saat 18.30. 

Ünvan: Kino Evi - Həsən Seyidbəyli küçəsi, 18

Dil: Fransız

Altyazı: Azərbaycan

 

Xülasə: Bu, bir rəqs hekayəsidir. Böyük bir rəqs. Hər yay Avropanın hər yerindən iki mindən çox insan Fransa kəndlərinin bir küncünə axışır. 7 gün 8 gecə təkrar-təkrar rəqs edir, zamanın izini itirir, yorğunluqlarına və bədənlərinə qalib gəlirlər. Fırlanır, gülür, qıvırır, ağlayır, oxuyur. Və həyatın nəbzi atır. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow