MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız-Azərbaycan əmək və karyera sərgisi. 15 oktyabr – UFAZ (Azərbaycan-Fransız Universiteti) – 09 : 30 – 18 : 30

Fransada ali təhsil və gənc azərbaycanlı istedadlar üçün peşə perspektivləri : Əmək və karyera sərgisi.

Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz, Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz, elə isə, bu gün sizin üçün nəzərdə tutulub.  

Proqramla tanış olun və hamılıqla tədbirə gəlin! Proqram PR%20AZDEF.pdf

(Tədbir Nizami küçəsində yerləşən UFAZ-da təşkil ediləcək və giriş peyvənd pasportunun və Covid-19 əleyhinə immun sertifikatının təqdim edilməsilə sərbəst olacaqdır. Saat 09:30-10:00-da baş tutacaq rəsmi açılış mərasimi üçün zalın qəbul etmə petensialı nəzərə alınaraq onlayn qeydiyyat artıq başa çatıb)  

Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə (şagirdlərə, tələbələrə, gənc peşəkarlara) fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan kariyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir. 

Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow