MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Goût de/ Good France » fransız qastronomiyası həftəsi yaxınlaşır ! Bakının iki restoranı tezliklə sizinlə görüşəcəklər.

Pandemiya səbəbiylə iki illik fasilədən sonra, fransız qastronomiyasını bütün dünyada qeyd edən məşhur « Goût de/ Good France » qastonomik həftəsi 14-22 oktyabr tarixlərində qeyd ediləcək. 

 

« Goût de/ Good France » həftəsinin bu 6-cı buraxılışı, gələcək nəsillərə dünyanın və onun zənginliklərinin qorunması ilə bağlı universal bir mesaj ötürən məsuliyyətli və yenilikçi qatsronomiya işarəsi altında çıxış edəcək. 

 

Dünyanın hər yerində aşpazlar bir neçə restoranda « fransızsayağı şam yeməyi » və « fransız yaşam sənəti » üslublu axşamlar təklif edəcəklər. 

Bakıda iki restoran bu böyük fransız mətbəxi mövsümündə iştirak edəcək : Paris Bistro və Café Maurice. 

 

Bu iki restoran sizlərə festivalın qaydalarına uyğun olan xüsusi menü hazırlayacaq :  

- Giriş yeməyi

- Əsas yemək 

- Pendir

- Desert

- Və bu təamları müşayiət edən fransız şərabı. 

 

Beləliklə, « Goût de/ Good France » qastronomik şam yeməkləri Paris Bistro restoranında 18, 19 və 20 oktyabr tarixlərində, Café Maurice-də 17 oktyabr tarixində təşkil ediləcəkdir.  

 

Paris Bistro restoranında rezervasiya üçün : (1/4, Zərifə Əliyeva küçəsi) 0112 404 82 15. 

Paris Bistronun təklif etdiyi menü : insérer le menu en PDF

 

Tezliklə görüşənədək !  

 

Əlavə məlumat üçün

Paris Bistro

Café Maurice

 

goofrance

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow