MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində "Pol Nadarın Bakıya səyahəti" sənədli filminin təqdimatı.

Sentyabrın 28-də Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, Könül Rəfiyeva və Rüstəm Hüseynovun rejissorluğu və Azərbaycandq Fransız İnstitutunun (IFA) maliyyələşdirdiyi "Pol Nadarın Bakıya səyahəti" sənədli filminin YARAT mərkəzində nümayişi keçirildi.

 

Sentyabrın 28-də Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, Könül Rəfiyeva və Rüstəm Hüseynovun rejissorluğu və Fransız Azərbaycan İnstitutunun (IFA) maliyyələşdirdiyi "Pol Nadarın Bakıya səyahəti" sənədli filminin YARAT mərkəzində nümayişi keçirildi.

Tədbiri, YARAT mərkəzinin proqramlar üzrə məsul şəxsi Ülviyyə Axundova, filmin rejossorları, Fransa səfirini təmsil edən səfirliyin birinci müşaviri Jülien Lö Lan, Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel açdılar. Sənədli filmin nümayişindən sonra, filmin musiqisinin bəstəkarı Araz Ozara həm Fransa, həm Azərbaycan, həm də Anglo-Sakson repertuarlarından bir neçə mahnı ifa etdi. Təxminən əlli tamaşaçı tədbirin sonunda bir kokteyl ətrafında təəssüratlarını bölüşdü.

 

Paul Nadar, küçə fotoqrafı.

Sənədli film, fransız fotoqraf və eyni dərəcədə məşhur portret fotoqrafı və jurnalist Qaspar Feliks Turnaşonın (Nadar) oğlu Pol Nadarın hekayəsini təqdim edir. Pol Nadar 1890-cı ildə "Beynəlxalq yataq-vaqonları və Böyük Avropa Ekspres Cəmiyyəti"nin dəvəti ilə İstanbul, Tiflis və təbii ki, Bakıdan keçərək, Parisdən Daşkəndə səyahətə çıxır. Bu səyahət zamanı o, yeni və müasir daşınan fotokameralardan istifadə edərək 1200-dən çox fotoşəkil çəkmiş, ilk "küçə fotoqrafı"na çevrilmişdir. 

 

"Paul Nadarın Bakıya səfəri"

Paul Nadar 1890-cı ildə Bakıda olarkən şəhərin gündəlik həyatından bəhs edən bir çox fotoşəkil çəkmişdir. Onun ağ-qara fotoşəkillərində məscid minarəsini, İçərişəhərin qoşa qala qapılarını, vağzalın fasadını, ən əsası, o dövrün Bakı sakinlərinin simalarını kəşf edə bilirik. Sənədli film bu görüntülərdən bəzilərini təqdim edir.

 

Təşəkkürlər 

Bu sənədli film, Pol Nadarın səfərinin fotoşəkillərini əldə etməyə icazə verən Fransa Mədəniyyət Nazirliyinə bağlı Memarlıq və İrs Media Kitabxanasının köməyi ilə hazırlanmışdır.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow