MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız-Azərbaycan əmək və karyera sərgisi 15 oktyabr – UFAZ (Azərbaycan-fransız Universiteti) – 09 : 30 – 18 : 30

Fransız-Azərbaycan əmək və kariyera sərgisi 

15 oktyabr – UFAZ (Azərbaycan-fransız Universiteti) – 09 : 30 – 18 : 30

Fransada ali təhsil və gənc azərbaycanlı istedadlar üçün peşə perspektivləri : Əmək və kariyera sərgisi.

Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz, Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz, elə isə, bu gün sizin üçün hazırlanmışdır.  

Tədbirə giriş bütün gün ərzində sərbəstdir, lakin saat 09 : 30 – 10 : 00 radələrində baş tutacaq rəsmi açılış mərasiminə giriş yalnız 12 oktyabr tarixinə qədər onlayn qeydiyyatdan keçən şəxslər üçündür. (Mətnin davamı aşağıdadır).  

Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə ( şagirdlərə, tələbələrə, gənc peşəkarlara) fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan kariyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir.  

Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir.  

Orta məktəbin yuxarı sinif şagirdlərinə, tələbələrə, gənc peşəkarlara və s. giriş sərbəstdir

Yalnız 09 : 30-da olacaq rəsmi açılış seansında iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün :   link googleform

Sərgi Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan-Fransa Ticarət Palatası,  UFAZ (Azərbaycan-fransız Universiteti) və Fransanın azərbaycanlı məzunları Assosiyası (AAAF) tərəfindən təşkil edilib.   

Proqramda aşağıdakılar nəzərdə tutulub :

1) Məzunların təqdimatı, işə götürülmə imkanları, təhsil yolu və fikirləri. 

9 : 30 - Sərginin rəsmi olaraq Təhsil Naziri (təsdiqini gözləyir), Fransanın Azərbaycandakı Səfiri, Azərbaycan-Fransa Ticarət Palatasının Sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rektoru, Fransanın azərbaycanlı məzunları Assosiyasıyasının Sədri və bir xarici fransız ticarət müşaviri və s. tərəfindən açılışı 

10 : 00 – 13 : 00-  Şirkətlərin təqdimat seminarları: fəaliyyətləri, əmək profilləri, kariyeraları, üstünlükləri və s.  

14 : 30 - 18 : 00 - Fərqli əmək sektorlarından olan Fransanın azərbaycanlı məzunlarının peşəkar uğurlarının yolu haqqında təəsüratları: şirkətlər və texnologiyalar, təhsil və elm, hüquq və biznes, inzibati və dövlət sektoru, idman və vətəndaş cəmiyyəti və s. 

2) Bütün gün ərzində stendlərə baxmaq üçün giriş sərbəstdir.  

Fərqli sektorlar üzrə fransız və azərbaycan şirkətlərinin stendləri : enerji, ətraf mühit, bank və biznes, nəqliyyat, turizm və s. : təqdimat, işə götürənlər ilə əlaqə, məlumat və məsləhətlər: Alstom, İbis, Paşa Bank, Schlumberger, Schneider – Electric, Société Générale, Total-Energie və s.   

Campus Frans Azərbaycanın stendi : Fransada ali təhsil üçün istiqamət və hazırlıq agentliyi. 

Bakı fransız Liseyinin (təsdiqini gözləyir) (fransız orta məktəb proqramı tədris olunur), Azərbaycan fransız İnstitutunun (fransız dili, fransız dili xarici dil biliyi üçün beynəlxalq sertifikat imtahanı), UFAZ-ın (Azərbaycan fransız Universiteti) : Bakıda Strasburq universitetinin dəqiq elmlər üzrə diplomlarının əldə olunması), Universitet Fond Kurslarının (UFC) (Fransada təhsilə hazırlıq) stendləri     

Tədbirin dilləri : azərbaycan, fransız, ingilis (sinxron tərcümə ilə ).  

Binaya giriş Covid-19-a qarşı peyvənd pasportu və ya immun sertifikatı ilə mümkündür.  

Məkan : UFAZ (Azərbaycan fransız Universiteti ) Bakı, Nizami küç, 183

salon emploi AZERBAIJAN

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow