MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Baku Street Photo Festival -ı çərçivəsində « Pol Nadarın Bakıya səyahəti » qısametrajlı sənədli filminin nümayişi

28 sentyabr 2021 tarixində saat 19.00-da, Baku Street Photo Festival-ı çərçivəsində « Pol Nadarın Bakıya səyahəti » qısametrajlı sənədli filminin nümayişi keçiriləcək. Yerlərin sayı məhduddur, qeydiyyatdan qısa zamanda keçməyiniz tövsiyə olunur.

 

Fransız fotoqrafı Pol Nadar macərasəvər və avanqardçı biri idi. O, 1890-cı ildə İstanbuldan Daşkəndə bir neçə aylıq səyahətə çıxır. Yolüstü Qafqazı və Azərbaycanın paytaxtı Bakını kəşf edir. 

 

Bu zaman şəhərin ağ-qara lentə abidələrini, görünüşünü və sakinlərinin şəkillərini çəkir. İlk dəfə olaraq yeni foto texnologiyası ilə ani şəkillər çəkmək mümkün olur və Bakı həyatını lentə alır. 

Fransanın Azərbaycandakı səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun maliyyə dəstəyi nəticəsində və Araz Ozaranın bəstələdiyi musiqi müşayiəti altında Konül Rəfiyeva və Rüstəm Hüseynov Fransanın Memarlıq və Mədəni İrs Kitabxanasının arxivlərindən ilhamlanaraq Pol Nadarın həyat hekayəsi və Bakıya səfəri haqda sənədli film ərsəyə gətiriblər. 

 

Sözügedən sənədli filmi izləmək üçün hər biriniz 28 sentyabr 2021 tarixində saat 19.00-da YARAT mərkəzində Baku Street Photo Festival -ı çərçivəsində iştirak edə bilərsiniz. Film azərbaycanca fransız dili alt-yazıları ilə nümayiş olunacaq. 

 

İştirak üçün festivalın rəsmi saytında qeydiyyatdan keçmək önəmlidir 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow