MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

İnstaqram müsabiqəmizin qaliblərini təbrik edirik !

Ötən həftə Azərbaycanda Fransız İnstitutunun İnstaqram səhifəsi 2000-ci abunəçisini qəbul etdi. Bu səbəbdən sadiq abunəçilərinə təşəkkür ünvanlamaq üçün İFA müsabiqə təşkil edərək oxuculara öz sevdikləri fransız sözlərini yazmağı dəvət etdi. Müsabiqədə çox kreativ sözıər ilə (« porte », « pétanque », « auriculaire » və « bâdiner ») 50 -dən çox abunəçi iştirak etdi. 

 

Sonunda, müsabiqənin qalibləri püşkatma yolu ilə müəyyən edildi. Qalib gələn sözlər (« cœur », « aujourd’hui » və « retrouvailles ») yeni tədris ilinin uğurla başlayacağını vəd edir. Yeni tədris ilinə uğurla başlamaq üçün hədiyyədən artıq nə lazımdır ? Qalibləri təbrik edirik ! 

 

Əgər bizim İnstaqram səhifəmizə https://instagram.com/institutfrancaisazerbaidjan  hələ də abunə deyilsinizsə bizə qoşulun və növbəti müsabiqədə iştirak etmək şansı qazanın !

cadeauxcadeaux 1

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow