MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

«Gənclik» şahmat klubunun təşkil etdiyi Bakı 2021 beynəlxalq şahmat turnirinin qalibini Ramazan Şərifovu və digər gənc iştirakçıları təbrik edirik.

Fransanın Azərbaycandakı Səfiri Cənab Zakari Qros cümə günü, 10 sentyabr 2021-ci ildə baş tutan beynəlxalq şahmat turnirinin mükafatlandırma mərasimində, əməkdaşlıq və mədəniyyət müşaviri Cənab Jerom Kel isə 5 sentyabrda baş tutan bu turnirin açılış mərasimində iştirak ediblər. Bu tədbirin tərəfdaşı kimi, Azərbaycan fransız İnstitutu 2021 və ya 2022-ci illərdə Fransada keçiriləcək beynəlxalq şahmat turnirində iştirak edə bilmək üçün laureatın səyahət xərclərini qarşılayacaqdır.      

 

Fransız nümayəndə heyətinə, mahnı, skripka və şeir nümunələri ilə səmimi qarşılanma təşkil olundu. Bu görüşün əsas anlarını əks etdirən şəkillər aşağıda yer alır.

 

Bu turnir, Landmark Otelinin və Azərbaycan Şahmat Federasiyasının səxavətli dəstəyi ilə təşkil edilmişdir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow