MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

ANİMAFİLM festivalı sona çatdı ! Bakıda 5 günlük animasiya filmlərinə dair icmal

3-7 sentyabr 2021 tarixlərində Bakının müxtəlif mədəni məkanlarında beynəlxalq animasiya filmlərinə həsr olunmuş ANİMAFİLM festivalının sayca 4-cü buraxılışı baş tutdu. Festivalın tərəfdaşı qismində çıxış edən Azərbaycanda fransız İnstitutu tədbilərdə fəal təmsil olundu. 

 

Fransaya xüsusi yer ayrılan beynəlxalq proqram :

 

5 gün davam edən festivalda azərbaycan ictimaiyyəti dünyanın hər bir nöqtəsindən təqdim olunan animasiya filmləri ilə tanış oldular. Festivalda Fransa İFA-nın dəstəyi ilə təqdim olunan iki, böyüklər eləcə də uşaqlara şamil olunan, animasiya filminin (« Ernest et Célestine » və « Les Hirondelles de Kaboul ») sayəsində təmsil olunmuşdur. 

 

Peşəkarlar üçün dərnəklər

 

Festival çərçivəsində təqdim olunan filmlər ilə yanaşı peşəkarlar üçün dərnəklər təklif edilmişdir. Animasiya filminin tarixinə və musiqisinə səyahəti Nancy Danny-Phelps and Nick Phelps (Belçika), fransız animasiya filmlərinin müxtəlifliyini ( onlayn və canlı hibrid dərnək) isə Olivier Catherin (Fransa) təqdim etmişdir.

 

Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi üçün mükafat

 

İFA ardıcıl 2-ci ildir ki, ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi üçün, bu il 60 illiyini qeyd edən, Annecy beynəlxalq animasiya filmləri festivalına, Fransaya səyahət təklif edir. « Araxçın » filmi ilə birinci yerin qalibi xanım Firəngiz Qurbanovanı təbrik edirik !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow