MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Seçiminiz İF Cinéma-nın ‘’ Cahiers du cinéma ’’ özəl buraxılışı : evdən onlayn və ödənişsiz izləyə biləcəyiniz fransız filmləri. 1-30 sentyabr 2021.

Seçiminiz İF Cinéma « Cahiers du cinéma » özəl buraxılışı ilə yenidən qarşınızdadır. Fransız İnstitutu sentyabr ayının onlayn proqramını kino incəsənətini daim öz məqalələri ilə işıqlandıran, Fransanın bu mövzuda ən tanınmış jurnalı olan « Cahiers du cinéma » -ya həvalə edib. Bu ay proqramda 3 tammetrajlı film yer alır. 

 

Proqram :

Jan Pol Siveyrakın « Mes Provinciales » filmi

Etiyen 2017-ci ildə Lion şəhərini tərk edərək Parisin Paris VIII universitetinə , ən sevdiyi incəsənət növünü, kinematoqrafiyanı öyrənməyə yola düşür. O, Parisdə eyni mənzili bölüşəcəyi Valentina tərəfindən qarşılanır və maraqlı söhbətlər ilə, zəngin və sonu bitməyən yığıncaqlar ilə dolu yeni həyat tərzini kəşf edir. Təbiətcə ehtiyatlı olan Etiyen qızları cəlb edir və iki elitist kino müdafiəçisi olan, Jan Noel və Matyas ilə dostluq bağları qurur. Yalnız tədris ili boyunca onların illüziyaları puç olur…

Altyazıları : İngilis, Fransız, İspan

 

Sofi Filiyerin « La Belle et la belle » filmi

20 yaşlı Marqo 45 yaşlı Marqo ilə tanış olur : yaş fərqinə baxmayaraq hər bir şey onları bir-birinə bağlayır, sanki onlar bir insandırlar…

Altyazıları : Alban, İngilis, Bolqar, İspan, Fransız, Yapon, Portuqal, Serb, Türk

 

Abderrəhman Sisakonun « Timbuktu » filmi  

Cihadçıların əsarəti altında düşən Tumbuktu kəndi yaxınlığında, Kidan yoldaşı Satima, qızı Toya və 12 yaşlı balaca çoban oğlu İssen ilə dinc yaşayır.  Şəhərdə isə vəziyyət gərgindir, cihadçılar sakinlərə yeni inanclar ilə yaşamağa vadar edirlər. Musiqi və əyləncəyə, siqaret və futbola son…

Altyazıları : İngilis, Bolqar, İspan, Fransız, Rus, Vyetnam

 

Filmlərə necə baxmaq olar ? 

Çox asan ! Bir toxunuş ilə

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow