MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

3 – 7 sentyabr 2021 tarixlərində Bakıda keçiriləcək beynəlxalq animasiya filmləri festivalı ANİMAFİLMİ qaçırmayın.

Azərbaycanda fransız İnstitutu (İFA) ANİMAFİLM Festivalının 4-cü buraxılışının tərəfdaşıdır : fransız filmləri, peşəkarlar üçün dərnəklər, birinci yerin sahibinə : Ansi 2022 beynəlxalq festivalında iştirak.

animafilm 1

Azərbaycanda fransız İnstitutu (İFA) 2021-ci ildə həmçinin 3-7 sentyabr tarixlərində paytaxtın müxtəlif mədəni məkanlarında canlı olaraq keçiriləcək (Azərbaycan kinematoqrafçılar ittifaqı, Salaam Cinema Baku və YARAT Müasir İncəsənət mərkəzinin ARTIM layihə məkanı) Bakı animasiya filmləri Festivalı ANİMAFİLMİN tərəfdaşıdır. 

İFA Festivala qoşularaq animasiya filmlərinə həsr olunmuş bir sıra filmləri təqdim edəcəkdir ( festivalın rəsmi saytında qeydiyyatdan keçənlər nümayişə buraxılacaqdır )   :

 

 -          İki müstəsna fransız animasiya filmi

o Qabriyel Vənsanın « Ernest et Célestine » adlı nağıl seriyasından ilhamlanmış, ssenari müəllifi Daniyel Penak, Lamber Uilsonun səsləndirilməsi ilə, 2013-cü il Sezar ən yaxşı animasiya filmi mükafatının qalibi, Benjamən Rinner tərəfindən 2012-ci ildə çəkilmiş « Ernest et Célestine » : 4 sentyabr şənbə günü saat 19.00-da : YARAT – ARTIM Layihə Məkanı : İçərişəhər, Kiçik Qala 5 -  Xülasə : balaca qeyri-konformist siçan ilə tənha yaşayan ayının dostluqları haqqda möhtəşəm hekayə. 7 yaşdan etibarən.

ernestcelestine

o  2019-cu ildə əlcəzairli Yasmina Xadranın eyniadlı Les Hirondelles de Kaboul romanı əsasında Zabu Breytman Eleya Qobbe-Mevellekin çəkdikləri « Les Hirondelles de Kaboul » filmi   : 5 sentyabr bazar ertəsi günü saat 12.00-da – Ünvan : Azərbaycan kinematoqrafçılar ittifaqı : Həsən Seyidbəyli 18. Xülasə : 1998-ci ilin yay ayları, darmadağın Kabil şəhəri taliban qruplaşmaları tərəfindən işğal olunub. Gənc Mohsen və Zunayra bir-birilərinə aşiqdirlər. Gündəlik həyatın çətinliklərinə və tətbiq edilən zorakılığa rəğmən onlar gələcəyə ümid ilə baxırlar. Mohsenin düşünülməmiş bir hərəkəti onların həyatını dəyişdirir. 18 yaşdan etibarən.

kaboul

 -        Animasiya filmləri prodüseri Olivye Katrinin şirkəti « Les trois ours »-un təklif etdiyi onlayn dərnək Fransa animasiya kino incəsənəti ekosisteminin – 4 sentyabr şənbə günü saat 16.30-da – Ünvan : Salaam Cinema – Süleyman Rüstəm 10. Olivye Katrin dünya animasiya filmləri Gününün təşəbbüskarlarından biri olmaqla yanaşı (bu Gün ilin hər 28 oktyabr tarixində qeyd olunur və ilk olaraq 2002-ci ildə qeyd olunmuşdur) İNA-da (Milli audiovizual İnstitutu) və Sciences-Pos Paris-də  animasiya kino incəsənəti üzrə müəllim qismində işləyir. 

Son olaraq bu il həmçinin İFA « ən yaxşı azərbaycan qısametrajlı animasiya filmi » kateqoriyasının qalibinə Ansi 2022 Festivalında iştirak mükafatı təqdim edəcəkdir. 

-          Birinci yerin mükafatı « Ən yaxşı azərbaycan qısametrajlı animasiya filmi 2021»  - Birinci yerin qalibinə İFA tərəfindən təklif olunan mükafat  : Ansi (Fransa) 2022 beynəlxalq animasiya filmləri Festivalına səyahət və akkreditasiya.  – 7 sentyabr Çərşənbə axşamı saat 19.00-da : Festivalın qapanış mərasimi – ünvan : Salaam Cinema, Süleyman Rüstəm 10. 

   Festivalın bütün proqramı ilə onlayn tanış olun və qeydiyyatdan vaxt itirmədən keçin:

İngilis dilində 

Azərbaycan dilində

Digər fransız animasiya filmlərinin iştirakı gözlənilir (bizi izləyin)

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow