Facebook üzərindən Fransız İnstitutu və Sourdoreille-in təklif etdikləri aktual fransız musiqilərini 14 iyul tarixi üçün kəşf edin.
14 iyul tarixi Fransanın Milli Bayramı günüdür. Bu il yenidən 14 iyul onlayn qaydada qeyd olunacaq. Fransız İnstitutunun « La Collection » kataloquna daxil Sourdoreille tərəfindən təklif olunan fransız musiqiçilərinin konsertləri sayəsində ürəyimiz bayram notaları ilə döyünəcək ! Musiqili gün keçirmək üçün bizi (@institutfrancaisbakou) Facebook üzərindən izləyin ????
14 iyul, milli bayram
14 iyul tarixi Fransada milli bayram kimi qeyd olunur. Pandemiyanın davam etməsinə baxmayaraq 14 iyul günündə eşitməməzliyə vurmaq (faire la sourde-oreille* ) qadağandır ! Bu il Azərbaycanda Fransız institutu sizə musiqi ilə bol və onlayn bir sadə bayram şənliyi təklif edir.
Sourdoreille, media şirkəti və agentlik
Sourdoreille fransız və frankofon musiqisi üzrə aktual xəbərləri yayımlayan bir media şirkəti olmaqla yanaşı həmçinin musiqi kontenti üzrə layihələr hazırlayan bir agentlikdir ( konsert çəkilişləri, « fransız repi » xüsusi veb-serialı, video kliplərin çəkilişi…). 23 peşəkar işçidən (jurnalistlər, video mütəxəssisləri, qrafik dizaynerlər və s.,) ibarət Sourdoreille media şirkəti (nous en met… plein les oreilles*) qulaqlarımızı doyurmaq üçün əllərindən gələni edirlər. ????
Aktual fransız musiqiləri
Fransada 21 iyun tarixində qeyd edilən Fête de la Musique (Musiqi Bayramı) bayramının uğuru onu göstərir ki aktual musiqi daha dinamik üslubda inkişaf edir. 14 iyul tarixi diapazonu qorumaq (se mettre au diapason* ) üçün ən münasib fürsətdir. Bunun üçün Fransız İnstitutunun « La Collection » kataloquna daxil 4 seçmə qeyri-adi yerdə keçirilən musiqiçilərin konsertlərini kəşf edin : General Elektriks, L’Impératrice, Feu ! Chatterton, və gənc Pomme.
L'Impératrice - Là-haut & Paris (Session - La Philharmonie de Paris) - YouTube
Feu! Chatterton - "Souvenir" & "Zone Libre" - Session - YouTube
Petit Concert : Pomme - YouTube
General Elektriks - Tu m'intrigues - Live (Les Nuits Secrètes 2016) - YouTube
Əlavə məlumatı və fransız musiqisinə aid bütün aktual xəbərləri
Sourdoreille-in rəsmi saytından tapa bilərsiniz : https://sourdoreille.net
Tərkibində qulaq sözü olan fransız ifadələri :
*faire la sourde-oreille = eşitməməzliyə vurmaq
*en mettre plein la vue = burada ifadə dəyişilərək kontekstə uyğun istifadə edilib və mənaca kimisə təəccübləndirməyi bildirir.
*se mettre au diapason = diapazonu saxlamaq, qarmoniyanı itirməmək
Daha çox ifadə : avoir la puce à l’oreille, être dur d’oreille, le bouche-à-oreille, ça me casse les oreilles, les murs ont des oreilles, je n’en crois pas mes oreilles…