MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Avropa Film Festivalı 14 – 29 iyun tarixlərində onlayn və ödənişsiz şəkildə !

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi 14 – 29 iyun tarixlərində Avropa Film Festivalının növbəti buraxılışını təqdim edəcək. Bu ildə proqramda yer alan və tamamilə ödənişsiz şəkildə və onlayn izləyə biləcəyiniz 10 filmi kəşf edin !

Təqdimat 

Rumıniya, Finlandiya, İspaniya və təbii ki Fransa ! İyun ayında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təqdim olunacaq Avropa Film Festivalı çərçivəsində kino incəsənəti Sizi səyahətə çıxaracaq. Bütün filmlər orijinal dildə, ingilis, rus və biri azərbaycan dilinə olmaqla alt-yazıları ilə təqdim olunacaqlar.

Proqramda təqdim olunan fransız və Fransa ilə ortaq əməşdaşlıqla ərsəyə gələn filmlər :

Qabor Reyşin “BAD POEMS” filmi ( azərbaycan dilində alt-yazıarı ilə)

Tamas ilə gözəl Anna parklarının birində ayrılma anlarını yaşayırlar. Annaya dəlicəsinə aşiq otuz yaşın içində olan Tamas valideynlərinin yanına Budapeştə dönür və uşaqlıq, yetkinlik qorxularını yenidən yada salır. Filmin qısa çarxı.

17 iyun saat 15.00-da : Zoom üzərindən rejissor ilə görüş. Əlavə məlumat üçün !  

Olivye Laksın “FIRE WILL COME” filmi

Yanğın törətdiyinə görə Amador Koro məhkum olunur. Həbsxanadan çıxdığı gün heç kim onu gözləmir. Qalisiyada öz kəndinə anası Benedikta və üç inəklərinin yanına qayıdır. Onların həyatı təbiətin qoynunda keçir. Günlərin bir günü bölgəni alov bürüyür. Filmin qısa çarxı.

İna Veysin “THE AUDITION” filmi (film fransız və alman dillərində)

Anna Bronski Konservatoriyada skripka müəllimidir. Əməkdaşlarının narazıçılığına baxmayaraq bir gəncdə istedadı hiss edib onun qəbul olmasına nail olur. Bütün diqqətini Aleksandra yönəldərək ilsonu imtahanına hazırlıqlar təşkil edir. Bu arada eyni sinifdə oxuyan xokkey həvəskarı oğlu Conas kənarda qaldığını hiss edir. Filmin qısa çarxı.


Nikos Labotun “HER JOB” filmi

Afina, Panayiota adlı ev xanımı yoldaşı və iki övladına tam özünü həsr edib. O, məktəbə az gedib, oxumağı bacarmır, ata evini yoldaşı evinə köçmək üçün tərk edib və bir şəhərdən digərin köçməli olub. Böhran səbəbindən həyatında ilk dəfə olaraq Panayiota işləmək məcburiyyətinə düşür və tabeçiliyə eləcə də rəhbər davranışına, dostluğa, savaşa, azadlığa öyrəşməlidir.  Filmin qısa çarxı.

Juris Kursiyetisin “OLEG” filmi

Oleq Latviyanı tərk edib Brüsselə yaxşı məvacib arxasınca yola düşür. Bir əməkdaşı tərəfindən aldadılaraq təcrübəsi yarı yolda qalır. Kriminal aləminə aid bir polşalı ilə tanış olur və onun mafiya dəstəsinə qoşulur. Filmin qısa çarxı.

Qiyom Senezin “OUR STRUGGLES” filmi (fransız dilində)

Olivye iş yerində haqsızlıqlara qarşı mübarizə aparır. Ancaq həyat yoldaşı Laura evi tərk etdikdən sonra onun başı uşaqların təhsilinə, ailə həyatına qarışır və iş həyatına yer tapmağa çalışır. Üzləşdiyi yeni məsuliyyətlərə görə tarazlıq tapmağa məcburdur çünki Laura artıq dönməyəcək. Filmin qısa çarxı.

Festivalın rəsmi səhifəsində tam proqram ilə tanış ola bilərsiniz !

Filmlərə haradan baxmaq ?

Filmlər Festivalscope -da mövcuddurlar 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow