MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Dəvətnamə : 1 iyun saat 18.00-da fransız kinematoqrafiyası mövzusunda keçiriləcək görüş (Zoom)

Dəvətnamə : 1 iyun saat 18.00-da fransız kinematoqrafiyası mövzusunda keçiriləcək görüş (Zoom)

 

Azərbaycanda Fransız İnstitutu Sizi 1 iyun saat 18.00-da fransız kinematoqrafiyasına həsr olunmuş və onlayn, fransızca keçiriləcək görüşə dəvət edir. Görüş Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi İnqrid Ponsi və azərbaycanlı rejissor Murad Əbiyev tərəfindən təşkil olunacaq. 

 

Onlayn görüş 

 

Pandemiyanın ilk günlərindən mədəniyyət sahəsində keçirilən görüşlərin sayı azalıb. Bunu nəzərə alaraq Azərbaycanda Fransız İnstitutu Azərbaycan frankofonlarını onlayn şəkildə keçiriləcək mədəniyyət xarakterli onlayn görüşlərə dəvət edir ! Mart ayında keçirilən qısametrajlı filmlərə aid tədbirdən sonra bu dəfə kinematoqrafiyanın tarixi haqqda danışacağıq və kino incəsənətinin nə üçün « Qutudan qurtulan təsvir » olduğunu izah edəcəyik. 

 

Murad Əbiyev : rejissor 

 

Murad Əbiyev tanınmaq üzrə olan bir azərbaycanlı rejissordur. Onun peşəkar kino incəsənətində təhsili (2010-2012) Moskva ssenaristlər və kino xadimləri ali kurslarında başlamışdır. Müəllimləri sırasında Vladimir Menşovu, Vladimir Tumayevi və Natalya Ryazancevanı sadalamaq olar. Onun üçüncü filmi "The Salty Sea Dog" -dir. O, mərkəzimizlə artıq « Plus Loin avec le français » layihəsi üçün çəkilmiş videoda əməkdaşlıq edib. Kino incəsənətinin vurğunudur və bizimlə 7-ci incəsənət növünün tarixindən danışacaq !

 

İnqrid Ponsi : mədəniyyət işləri üzrə məsul şəxs 

 

İnqrid Ponsi Bakıya 2021-ci ilin fevral ayında müxtəlif ölkələrdə yaşadıqdan sonra gəlib : Bolqarıstan, Belarusiya, İslandiya… O, böyük kino həvəskarıdır və qısametrajlı filmlərə, animasiya filmlərinə, azad avropa rejissorlarının filmlərinə böyük maraq göstərir. O, iki il ard-arda Bordoda « Festival Coupé Court » festivalını təşkil etmişdir. 

 

İştirak qaydası

 

Görüş fransızca keçiriləcəkdir və hər kəsə açıq olacaqdır. Onlayn görüşlər interaktiv şəkildə keçir və iştirakçılar ilə müzakirələr daim bol olur. Fransız dilində özünü ifadə etmək istəyənlər dəvət olunur !

 

Tədbirdə iştirak etmək üçün və Zoom linkini əldə etmək üçün, qeydiyyatdan keçin !

 

Tarix : çərşənbə axşamı 1 iyun 2021 tarixində saat 18.00-da

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow