MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Avroviziya : Avropa musiqisinin ən vacib görüşündə Barbara Pravini dəstəkləyin.

2020-ci il buraxılışı ləğv olunduqdan sonra Avroviziya 22 may 2021 tarixində böyük qayıdış ilə və müxtəlif istedadlı musiqiçilər ilə yenidən qarşınızdadır. Fransanı bu il müəllifi olduğu « Voilà » mahnısı ilə Barbara Pravi adlı müğənni təmsil edir. 

 

Barbara Pravi müxtəlif istedadlara malik bir fransız müğənnisidir. 

 

Ata və ana tərəfdən serbiyalı və iranlı kökləri olan Barbara Parisdə böyüyüb başa çatır. Müəllif və bəstəkar olmaqla yanaşı o həmçinin qadın hüquqları üzrə mübarizə aparır. Onun yazdığı mahnıları Fransanın tanınmış musiqiçiləri ifa etmişdir ( Yanik Noa, Luan, Floran Pani).

 

O, Uşaqlar üçün Avroviziya 2019 müsabiqəsi təmsilçisi Karla üçün « Bim Bam Toi » mahnısını yazır və mahnı TikTok sosial şəbəkəsində böyük maraqla qarşılanır. Bu uğurun davamı olaraq o yenidən Uşaqlar üçün Avroviziya 2020 müsabiqəsində iştirak edən Valentina üçün « J’imagine » mahnısını yazır və mahnı müsabiqədə qalib olur. 

 

28 yaşlı 1 metr 59 boyu olan Barbara istedadı və orijinallığı, səmimiyyəti və parlaqlığı ilə fransız dilində Avroviziya Mahnı Müsabiqəsinin 22 may tarixində baş tutacaq finalında « Voilà » mahnısı ilə səs salacaq. O, ilhamını Barbara, Jak Brel və Jorj Brasans kimi müğənnilərdən çəkir. 

 

Avroviziya Mahnı Müsabiqəsinin 2021-ci il buraxılışı Niderlandın 2019 -cu ildə qalib olan təmsilçisi Dünkan Loransın sayəsində Rotterdam şəhərinin Ahoy Arenada 3 500 izləyici qarşısında baş tutacaq. Tədbiri fransız dilində Lorans Bokkolini və Stefan Bern təqdim edəcəklər. 

 

Həmişəkindən daha güclü olaraq bu il tamaşa, mahnı və mətn ətrafında, birlik və Avropa üçün cəmləşib Barbaranın istedadına güvənərək bir olmalıyıq. 

 

« Mən hədsiz dərəcədə öz dilimə, öz musiqilərimizə aşiqəm, mədəniyyətimiz ilə fəxr edirəm; Fransanı bütün ürəyimlə, qəlbimlə, səsimlə və varlığımla ləyaqətli təmsil edəcəyimə əminəm. Bunu mənim mahnımda da görmək olar : " Az olsa da, əlimdə olanım budur və bunu sərf etmək üçün buradayam."» - Barbara Pravi

 

Bu arada Azərbaycanı təmsil edəcək Efendi – ni unutmayaq və müsabiqənin birinci yarımfinalında (18 may) ona dəstək olaq.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow