MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Paris » filmin nümayişi

« Paris » filmi (Fransa, 2008, 130 dəq.)
Rejissor: Sedrik Klapiş 
Janr: Drama, komediya
Aktyorlar: Fabris Luçini, Romen Duris, Jofre Platel
Film Fransız dilində, ingilis alt yazıları ilə nümayiş olunacaq.

Bu film xəstə və ölüm ayağında olan Paris sakininin həyatı haqda bəhs edir. Onun vəziyyəti həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Ölüm qarşısında olduqda hər kəsin həyatı bir anda daha dəyərli olur.

Bostançı, şirniyyatçı, rəqqas, memar, evsiz insan, sosial idarə işçisi, model… bütün bu insanlar bu şəhərdə və bu filmdə birləşirlər. Siz düşünə bilərsiniz ki, burada qeyri-adi heç nə yoxdur, ancaq hər birinin yeganə və dəyərli olan həyatı var. Siz fikirləşə bilərsiniz ki, onların həyatları çox cılız və əhəmiyyətsizdir, lakin onlar üçün bu dünyada ən vacib olan həyatlarıdır.

Film Frankofoniya həftələri çərçivəsində nümayiş olunur.

11 Aprel, saat 19:00-da
Giriş sərbəstdir

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow