MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Kişi və qadln » filmin nümayişi

unh

İFA-nın kino klublarında yenilik!

Bu cümə axşamından etibarən kino klubları gənc kinosevər Xalida Əlimirzayeva aparacaq. O, tanınmış fransız filmlərini təqdim edib, Sizi, nümayişin sonunda film ətrafında müzakirələrə dəvət edəcək.

Xalida Əlimirzayeva Bakıda anadan olub Norveçdə xarici dilləri öyrənib. O, 9 ildir ki idman sahəsində işləyir. Gənc yaşlarından kino sahəsinə xüsusi maraq göstərir və kino izləmənin insana böyük müsbət təsirinə inanır.

31 may cümə axşamı, saat 19.00
Klod Leluşun Kişi və qadln filmi (1983)
Film fransızca ingilis alt-yazıları ilə

Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi.

Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow