MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« HUMAN » filmin Imagine festivalında nümayişi

h

Bakıda « Imagine » Festivalı (2 – 17 may 2018). 

Yan Artüs Bertranın HUMAN sənədli filmi. 
6 may bazar. 15.00. 

(2015. Müddət : 143 dəq. Alt-yazıları : ingilis. 
Giriş mövcud yerlərin sayını nəzərə alaraq sərbəstdir. Park Cinema Alov Qüllələri)

HUMAN bizim dünyamızın, insan anlayışının ən dərinliklərinə dalan hekayə və şəkillər toplusudur. Sevgi, xoşbəxtlik, eləcə də nifrət və zorakılıq hekayələri vasitəsilə HUMAN bizi “Özgə” ilə üzləşdirir və şəxsi həyatımıza nəzər salmağa dəvət edir. Ən kiçik məişət hekayəsindən tutmuş qeyri-adi həyat təcrübəsinə qədər, nadir səmimiyyətə malik bu iztirablı qarşılaşmalar bizim kim olduğumuzu, ən qaranlıq, ən gözəl və ən bəşəri tərəfimizi vurğulayır. Yer kürəsi - bizim Yer kürəmiz havadan çəkilmiş, operayabənzər musiqi ilə müşaiyət olunan, daha əvvəl heç yerdə görünməmiş şəkillər vasitəsilə sublimasiya olunur, dünyanın gözəlliyinə şahidlik edərək bizə dərindən nəfəs almaq, özünümüşahidə imkanı yaşadır.
HUMAN müəyyən mövqeyi olan bir əsərdir. O, insan taleyini əhatə etməyə və mövcudluğumuzun mənası barədə düşünməyə şərait yaradır. 

Yan Artüs Bertran fransalı fotoqraf, reportyor və rejissordur. Böyük müvəffəqiyyət qazanan Yerə Göy Üzərindən Baxış kitabının müəllifi Yan Artüs Bertran kitabın layihəsinə 1992-ci ildə Rio Konfransının əsnasında təməl qoyub. O, GoodPlanet Fondunu ətraf mühiti qoruma məqsədilə yaradır və iqlim dəyişikliyinə qarşı aparılan mübarizəyə dəstək durur. Onun həyata keçirdiyi sənədli filmlər Yer kürəsinin gözəlliyi haqda bəhs edir və ictimaiyyəti onu qorumağa vadar edir (Home, Terra, Human, və s.).

İMAGİNE Avropa Tolerantlıq Festivalı haqda daha ətraflı məlumat :https://sizinavropa.az/imagine
www.ifa.az

https://www.facebook.com/institutfrancaisbakou/

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow