MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Adilə Əliyevaya Fəxri Legion Cəngavəri ordeninin təqdim edilməsi (24 may 2023-cü il)

Mayın 24-də Fransa səfiri xanım Ann Buayon dünya şöhrətli pianoçu, klassik musiqi festivalının yaradıcısı Adilə xanım Əliyevaya Fəxri Legion ordeninin Cəngavər rütbəsini təqdim edib.

 

Fransanın ən yüksək fəxri adı olan bu medalla, Fransa, Adilə xanıma parlaq karyerasına və Fransanın dünyada mədəniyyət və incəsənət təsirinə, eləcə də, ölkələrimiz arasında dostluğa müstəsna töhfəsinə görə minnətdarlığını nümayiş etdirir.

 

Xanım Səfirin çıxışında vurğuladığı kimi, “azərbaycanlı doğulan, ürəkdən fransız olan və qəbul edən” Adilə xanım, bu orenlə təltif olunan Hektor Berlioz, Georges Bize, hətta, dostu Laurent Petitgérard və özü kimi Bakıda doğulan Mstislav Rostropovitch kimi görkəmli bəstəkar və musiqiçilərin sırasına qoşulur.


Dahi pianoçu Adilə Əliyeva 1998-ci ildən Fransanın Qailyar şəhərində iki ildən bir keçirilən beynəlxalq fortepiano müsabiqəsinin yaratmışdır. 2001-ci ildən o, həm də Fransada “Adilə Əliyeva” Beynəlxalq Ali Musiqi Akademiyasının direktorudur və bu günə kimi bütün dünyada 3000-dən çox konsert verib.

Hazırda Fransanın Anmas vilayətində yaşayan Adilə xanım, altı yaşından həyatını musiqiyə və pianoya həsr edib.

adilia 3

adilia 2

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow